Əsas məzmuna keç

Ən-Nisa surəsi - 80-cu Ayə

Surə 4
Ayə 80

Azərbaycan dilində tərcümə

Allahın peyğəmbərinə itaət edən kəs, əslində Allaha itaət edib və kim üz döndərsə, Biz səni onların (əməlləri) üzərində gözətçi göndərməmişik.
Ən-Nisa surəsi , 80-cu ayə
Ən-Nisa surəsi 80-cu ayə
Tam Surə

Ən-Nisa surəsi 80-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 80

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Hər kəs peyğəmbərə itaət etsə, şəksiz, Allaha itaət etmişdir. Hər kəs üz döndərib boyun qaçırsa, Biz səni onlara nəzarətçi göndərməmişik.”
Bildirişlər
1. Peyğəmbərin danışığı və rəftarı eynən Quran kimi höccətdir və onların icrası lazımdır.
2. Peyğəmbər hökumətinin fərmanlarına itaət vacibdir. (Peyğəmbərə itaət dedikdə onun hökumətinin fərmanlarına itaət nəzərdə tutulur. Peyğəmbərin bəyan etdiyi ilahi göstərişlərə itaət isə peyğəmbərə yox, Allaha itaətdir.)
3. Peyğəmbərlər məsumdurlar.
4. Peyğəmbərin əmrləri ilahi əmrlərdən doğmuşdur.
5. İnsan məcbur yox, azaddır.
6. Peyğəmbərlərin vəzifəsi zor yox, təbliğdir.