NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 86
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər sizə salam versələr, onu verildiyindən də yaxşı şəkildə cavablandırın. Ya da (heç olmasa) olduğu kimi cavab verin. Allah daim hər şeyi hesaba alır.”
Nöqtələr
"Təhiyyət” dedikdə başqalarına salam vermək və ya istənilən bir şəkildə başqasına salamatlıq arzulamaq nəzərdə tutulur. Məsələn, hədiyyə vermək də təhiyyətdir. Bir kəniz imam Həsənə (ə) bir dəstə gül verdiyi üçün imam onu azad etdi. Xalqın sualına isə həmin bu ayə ilə cavab verdi.
İslamda başqalarına salam vermək tövsiyə olunur. Qarşı tərəfi tanıyıb, tanımamaq şərt deyil. Salam verməkdə xəsislik göstərən şəxs xəsis adam kimi sayılmışdır. Peyğəmbər (s) hətta uşaqlara da salam verirdi.
İslamın tərbiyə proqramında salamı təkcə kiçiklər böyüyə vermir. Hətta Allah, peyğəmbər və mələklər möminləri salamlayır.(Bax: "Saffat”, 79. ) (Rəvayətlərdən salam qaydalarını öyrənin.)
Bildirişlər
1. Bir-birinizlə dostluq əlaqələrini isidin.
2. Xalqın ehsanını qaytarmaq rəva deyil. Onu qəbul edib bir yolla əvəzini çıxmaq lazımdır.
3. Məhəbbət və hədiyyələrin cavabını təxirə salmaq olmaz.
4. İslamda daha yaxşı mükafat vermək müstəhəbdir.
5. Başqalarının yaxşılığına cavab verərkən əvvəlcə daha yaxşı cavab axtarın. Əgər alınmasa, oxşar şəkildə cavab verin.
6. Döyüşdə düşmən sülh təklif edərsə, siz daha çox rəhmət göstərib qəbul edin. Ya da eynən qarşı tərəf kimi hərəkət edin.
7. Cavabsız qalmış salamlara görə nigaran olmayın. Xalq cavab vermədikdə Allah bu hesabı aparır. Xalqın hisslərini cavabsız buraxmayın ki, Allah hesabınıza yetişər.