Əsas məzmuna keç

Ən-Nisa surəsi - 88-ci Ayə

Surə 4
Ayə 88

Azərbaycan dilində tərcümə

Bəs sizə nə olub ki, münafiqlər barəsində iki dəstə olmusunuz (bir dəstəniz onlara tərəfdar, digər bir dəstə isə müxalif olub), halbuki Allah onları etdiklərinə görə küfr və azğınlıq halına salmış və qəlblərini alt-üst etmişdir! Allahın öz azğınlığı içərisində boşladığı kəsi hidayət etmək istəyirsiniz?! Allahın öz azğınlığı içərisində boşladığı şəxs üçün (onun yaxşılığına doğru) əsla bir yol tapa bilməzsən.
Ən-Nisa surəsi , 88-ci ayə
Ən-Nisa surəsi 88-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 88-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 88

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Nə üçün əməllərinə görə Allah tərəfindən pis hala salınmış münafiqlərə münasibətdə iki dəstəyə bölünmüsünüz?! Yoxsa Allahın azdırdığını yola gətirmək istəyirsiniz?! Allahın azdırdığı kəsi xilas etmək üçün heç vaxt yol tapmayacaqsan.”
Nöqtələr
"İrkas” sözü devrilmiş, pis hala salınmış mənasını verir. "Ərkəsəhum” sözü ayədə münafiqlərin fikir dağınıqlığına işarədir.
Bir neçə ayə əvvəl xeyir və şər işdə vasitə və şəfaət haqqında bir ayə oxuduq. Bu ayədə isə münafiqlər üçün şəfaətin bir nümunəsi bəyan olunur.
Məkkədə bir dəstə insan zahirdə müsəlman olmuşdu. Onlar Mədinəyə hicrət etməmişdilər və əməldə müşriklər ilə bir idilər. (Bəlkə də casusluq məqsədi ilə) sonradan hicrət etdikləri vaxt möminlər onlara birmənalı yanaşmadılar. Bəziləri dedilər ki, bu insanlar tövhid və məada şəhadət verdiklərindən onlarla müsəlman qardaş kimi rəftar olunmalıdır. Başqaları hicrət etmədikləri və kafirlərlə həmkarlığa qatıldıqları üçün onlarla mənfi rəftar edilməsini tələb edirdilər. Bu vaxt həmin ayə nazil oldu.
Bildirişlər
1. Peyğəmbər kimi rəhbər olan yerdə parçalanma ciddi məzəmmət olunmuşdur.
2. Münafiqlərlə üzbəüz dayanmaq üçün qətilik və birlik lazımdır.
3. İnsanın süqut səbəbi onun öz əməlləridir.
4. "Anadan da mehriban dayə olmayın”. Özünü süquta aparana ağlamaq nə üçün?
5. Günah boxçası dolan vaxt Allahın qəhr və qəzəbi qəti olur. Allahın qüdrəti qarşısında bütün amillər təsirsizdir.
6. İlahi qanunlar əsasında, öz əməllərinə görə doğru yoldan çıxan şəxsi hətta peyğəmbər də xilas edə bilməz.