Əsas məzmuna keç

Ən-Nisa surəsi - 87-ci Ayə

Surə 4
Ayə 87

Azərbaycan dilində tərcümə

Tək olan Allahdan başqa bir tanrı yoxdur. Sizi mütləq, (qəbirlərinizdən) barəsində heç bir şəkk-şübhə olmayan Qiyamət gününə (hesaba) toplayacaqdır. Sözdə kim Allahdan daha doğruçu ola bilər?!
Ən-Nisa surəsi , 87-ci ayə
Ən-Nisa surəsi 87-ci ayə
Tam Surə

Ən-Nisa surəsi 87-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 87

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allahdan savay heç bir məbud yoxdur. Heç bir şübhə olmayan qiyamət günündə hamınızı toplayar. Allahdan düz danışanı kimdir?!”
Bildirişlər
1. Həm ilkin yaranış, həm də məad Allahın əlindədir.
2. Qiyamət hamının hesab üçün toplandığı gündür. Demək, yalnız Allahın razılığını qazanmaq üçün çalışmaq və yalnız Ona pərəstiş etmək lazımdır.
3. Məadın həqiqət olmasına o qədər dəlil var ki, (məsələn, Allahın ədaləti, Allahın hikməti, təbiətdə qiyamət nişanələri, təbiətin qışda ölümdən sonra yenidən dirçəlişi, yuxu və oyanmaq, hüceyrələrin yenidən yaranması...) bu mövzuda şübhəyə heç bir yer yoxdur.
4. Qəflət, bixəbərlik çox olan yerdə tərbiyəçi daha qəti xəbərdarlıqlar etməlidir. (Ayədə "lam” və "nun” hərfləri vasitəsi ilə gerçəkləşən təkidlərin səbəbi insanı qiyamətə münasibətdə qəflətdən oyatmaqdır.)