NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Onlar (münafiqlər) sizin də onlarla bərabər kafir olmağınızı istəyirlər. Nə qədər ki, (tövbə və) Allah yolunda hicrət etməyiblər, onları dost tutmayın. Əgər boyun qaçırsalar (kafirlərlə həmkarlıqlarını davam etdirsələr), onları harada tapsanız öldürün. Onlardan heç bir dost və yardımçı tutmayın.”
Nöqtələr
Nifaq əhli ilə rəftar yolunun mərtəbələri var. Bu ayədə bəyan olunmuş sərt hökmlər fitnə-fəsadda müşriklərlə həmkarlıq edən münafiqlərə aiddir.
Quran cümlələrini bir-birinin vasitəsi ilə mənalandıraq. Ayədəki tədbirlərdən məlum olur ki, Allah insanı yalnız onun əməllərinə görə azdırır.
Bildirişlər
1. Allah münafiqlərin sirləri və gizli istəkləri üzərindən pərdəni götürür.
2. Münafiqlər və düşmənlər sizin düşüncə və əqidənizi hədəf almışlar.
3. İslam cəmiyyəti münafiqlərdən təmizlənməlidir. Onlarla hər hansı bir dostluq əlaqəsi qırılmalıdır.
4. Küfr, şirk və fəsad olan məntəqədən hicrət vacibdir.
5. Allah yolunda hicrət gerçək iman nişanəsidir.
6. Tövbə yolu həmişə açıqdır.
7. Hər bir günahın tövbəsi günahı tərk etməkdir. Hicrətin tərkinin tövbəsi hicrətdir.
8. Pozucu və fitnəkar münafiqlər edam olunmalı, aradan götürülməlidirlər. Bu işi həyata keçirmək üçün İslam cəmiyyəti qüdrətli olmalıdır.
9. İslam düşmənlə mübarizə və fəsad əhlinin təqibi üçün ən sərt tədbirlərə əl atır.
10. Münafiqlərin maddi imkanları və hərbi qüvvələrinə bel bağlamaq olmaz. Onların yardımından gözümüzü çəkməliyik.
11. İslamda münafiqlərlə qurulan hər hansı bir mənəvi, siyasi, hərbi, iqtisadi, mədəni rabitə məhkum edilir.