NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Hamının hesabı Bizim öhdəmizədir və Biz sürətlə hesab çəkəcəyik.) Məgər görmədinmi, Biz torpağın sorağınca gəlir və daim tərəflərindən onu əskildirik?! Allah hökm edir və Onun hökmünü dəyişən kəs yoxdur. O hamı ilə tez hesab çəkər.”
Nöqtələr
Müxtəlif rəvayətlərdə bildirilir ki, yerin tərəflərdən azaldılması alimlərin ölümü, çatışmazlığı nəzərdə tutulur.
Bildirişlər
1. Tarixdən və keçmişdəkilərin aqibətindən ibrət götürək, Allahın vəd və xəbərdarlıqlarına şəkk etməyək.
2. Hakimiyyətlərin və şəxsiyyətlərin ömrü Allahın istəyi ilə başa çatır.
3. Allahın hakimiyyəti və hökmü yenilməzdir.
4. Bütün şəxsiyyətlər və güclər tədricən yer üzündən götürülər. Allahın qüdrəti isə sabit və davamlıdır.