Əsas məzmuna keç

Ər-Rəd surəsi - 43-cü Ayə

Surə 13
Ayə 43

Azərbaycan dilində tərcümə

Kafirlər «sən (Allahın) peyğəmbər(i) deyilsən» deyirlər. De: «Mənimlə sizin aranızda Allahın, həmçinin kitab elminə malik kəsin (həqiqi Tövratın və İncilin maarifi və ya bu Qur’anın elmləri ilə tanış olan hər bir kəsin) şahid olması kifayətdir.
Ər-Rəd surəsi , 43-cü ayə
Ər-Rəd surəsi 43-cü ayə
Tam Surə

Ər-Rəd surəsi 43-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 43

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Küfr edənlər deyirlər: «Sən Allahın rəsulu deyilsən.» De ki, Allahım və kitab elmi olan kəsin şahidliyi mənimlə sizin aranızda kafidir.”
Nöqtələr
Bu surənin ilk ayəsində oxuduq ki, xalqın əksəri iman gətirməsə də, Peyğəmbərə (s) nazil olan haqdır. Bu son ayədə də oxuyuruq ki, kafirlər Peyğəmbərin (s) risalətini (peyğəmbərliyini) inkar edirlər. Bu münasibəti doğuran batil əhlinin son həddə çatmış inadkarlığıdır.
Əgər həzrət Süleymanın kitab elmindən bir hissəsinə sahib olan köməkçisi bir göz qırpımından tez Səba mələkəsinin taxtını gətirə bilirsə, kitab elminə tamamilə sahib olan kəs hansı qüdrətdə olar!
Rəvayətlərə əsasən "kitab elminə sahib olan kəs” dedikdə həzrət Əli (ə) və peyğəmbər Əhli-beyti (ə) nəzərdə tutulmuşdur.
Bildirişlər
1. Allahın himayəsinə inam təkzib və təhqirlər qarşısında ən yaxşı dayaqdır.
2. İlahi kitabdan xəbərdarlıq insanın məqamını o qədər ucaldır ki, onun şahidliyi Allahın şahidliyi ilə yanaşı qeyd olunur.
3. Bəzən bir şəxsin şəhadəti minlərlə insanın inkarından üstün olur. (Əsas kəmiyyət yox, keyfiyyətdir).