Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 111-cü Ayə

Surə 9
Ayə 111

Azərbaycan dilində tərcümə

Həqiqətən Allah möminlərin canlarını və mallarını onlardan Cənnətin onların olması bahasına alıb. (Bu malın verilmək tərzi belədir ki, onlar) Allah yolunda vuruşurlar, beləliklə, öldürürlər və öldürülürlər (və öz mallarından Allah yolunda xərcləyirlər). (Bu alver) Onun öhdəsində olan – (Onun əzəli elmindən başqa, həm də Lövhi-Məhfuzda qeyd olunmuş və alver sənədi kimi) Tövrat, İncil və Qur’anda (yazılmış) haqq bir vəddir. Allahdan başqa kim öz əhdinə daha vəfalıdır?! Buna görə də etdiyiniz bu alverə şad olun. Budur böyük uğur və qurtuluş!
Ət-Tövbə surəsi , 111-cü ayə
Ət-Tövbə surəsi 111-cü ayə
Tam Surə

Ət-Tövbə surəsi 111-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 111

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, (Allah) möminlərin canlarını və mallarını behişt bahasına onlardan almışdır. Onlar Allah yolunda döyüşürlər ki, öldürsünlər və ya öldürülsünlər. Tövratda, İncildə və Qurandakı haqq vəd Allahın öhdəsinədir. Əhdinə Allahdan da vəfalı olan kimdir?!” Beyət etməyinizə vasitə olan bu müamiləyə görə sizə müjdə olsun. Bu, həmin böyük qurtuluşdur.”
Nöqtələr
Dünya bir bazardır, insanlar isə tacir. İnsan satıcıdır, Allah isə alıcı. Satılan şey insanın mal və canıdır. Mal və canın dəyəri isə behiştdir. İnsan canını və malını Allaha satdıqda xeyir tapır, bir başqasına satdıqda zərərə düşür.
Allahla müamilənin bir neçə imtiyazı var: özümüz, gücümüz, olanlarımız Allahdandır və bütün bunları Ondan başqasına vermək yaxşı deyil; Allah aza da müştəridir; Allah-təala aldığı malın eybini örtür və insanı rüsvay etmir; Allah insanın malını və canını behişt bahasına alır. Başqa bir qiymətə müamilə etmək axmaqlıq və zərərdir.
İmam Sadiq (ə) buyurmuşdur: "Sizin dəyəriniz yalnız behiştdir. Özünüzü behiştdən ucuz satmayın.” 
Bildirişlər
1. Allah kimi alıcı olan yerdə nə üçün başqasının sorağına gedək?
2. Allah münafiqin və kafirin yox, yalnız möminin müştərisidir.
3. Allah üçün canla cihad malla cihaddan öndə gəlir. (Var-dövlət hamıda olmasa da, can hamıda var.)
4. Behişt cihad, qılınc, can və malın Allaha təqdimi sayəsində əldə olunur.
5. Cihadda məqsəd Allaha yaxınlıq olsa, öldürməyin və ya öldürülməyin fərqi olmaz.
6. Mömin cihad səfərinə daim hazırdır.
7. Möminin savaşda məqsədi öncə batili aradan götürmək, sonra şəhadətə çatmaqdır.
8. Allahla müamilədə xeyir mütləqdir. Allahla müamilədə hər şey haqdır və insanın xeyrinədir. Başqaları isə bu işdə ya qeyri-ciddidir, qatqılıdır, ya həvəs, ya da rəqibi aşırmaq üçün addım atır.
9. Cihad, mücahidlər və şəhidlər təkcə İslamda dəyərə malik deyil. Tövrat və İncildə də eyni münasibət mövcuddur. Əgər bu gün həmin kitablarda qeyd olunan məsələ yoxdursa, bunun səbəbi həmin kitabların təhrif olunmasıdır.
10. Haqqımız olmasa da, Allah bizim üçün Öz öhdəsinə bəzi haqlar götürmüşdür.
11. Müamilə zəruri bir əqddir və ona vəfa qılmaq vacibdir.
12. Allah-təala müamilədə mücahidləri Özünə tərəf seçmişdir
13. Ən böyük müjdə fənanın əbədiyyətə, dünyanın axirətə çevrilməsidir. Bundan savay nə varsa, zərərdir.
14. Cihaddan qaçan münafiqləri tənqid etməklə yanaşı, mücahid möminlərə təşəkkür etmək lazımdır.
15. Ən böyük qurtuluş Allahla müamilə sayəsində əldə olunur.