NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Yaxşı deyil ki, peyğəmbər və ona iman gətirən kəslər müşriklərin cəhənnəm əhli olduğunu bildikdən sonra onların bağışlanmasını istəyələr–hətta qohumları da olsa!”
Nöqtələr
Bəzi təfsirçilər əsassız rəvayətlərə istinad edərək bu ayənin Əbu-Talib haqqında olduğunu bildirmişlər. Halbuki Əbu-Talibin iman gətirməsi barədə xeyli dəlil və rəvayət var. Ayənin Əbu-Talib haqqında olmasını bildirən rəvayət Həzrət Əlinin (ə) düşməni Səid ibn Musəyyib tərəfindən nəql olunmuşdur. Həzrət Əlinin (ə) atası olması Əbu-Talibi qınaq hədəfinə çevirmişdir!
Bildirişlər
1. Qanun qarşısında hamı, o cümlədən Peyğəmbər (s) və digər müsəlmanlar bərabərdirlər.
2. Şirk bağışlanmayan günahdır. Hətta Peyğəmbərin (s) də istiğfarı (bağışlatdırma istəyi) bu sahədə səmərəsizdir.
3. Əqidə bağlılığı hiss bağlılığından mühümdür. Qohumluq hissləri əqidə hisslərinə üstün gəlməməlidir.
4. Peyğəmbərlə qohumluq insanı cəhənnəmdən qorumur.