Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 112-cü Ayə

Surə 9
Ayə 112

Azərbaycan dilində tərcümə

(Bu möminlər) həmin tövbə edənlər, ibadət edənlər, həmdü-səna deyənlər, oruc tutanlar, (cihad və din elmi kəsb etmək üçün) səfər edənlər, rüku edənlər, səcdə edənlər, yaxşı işlərə dəvət edənlər, pis əməllərdən çəkindirənlər və Allahın (dininin əsas və qollarının) sərhədlərini qoruyanlardır. Bu möminlərə müjdə ver.
Ət-Tövbə surəsi , 112-cü ayə
Ət-Tövbə surəsi 112-cü ayə
Tam Surə

Ət-Tövbə surəsi 112-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 112

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Mücahid möminlər) tövbə, ibadət, sitayiş, (haqq yolda) səyahət, rüku, səcdə, əmr be məruf və nəhy əz münkər əhli, ilahi hədləri hifz edəndirlər. Belə möminlərə müjdə ver.”
Nöqtələr
Bu ayədə mücahid möminlərin 9 xüsusiyyəti bəyan olunmuşdur: günahlarından tövbə edirlər, ibadət yolunu tuturlar, dilləri həmd deyir, ayaqları hərəkətdədir, rüku edirlər, səcdə qılırlar, özlərini tərbiyələndirirlər, əmr be məruf vasitəsi ilə cəmiyyəti islah edirlər, ilahi qanunlar çərçivəsindən çıxmırlar.
Tövbə ibadət yolunu açır, şükür edən dil hərəkətlə yanaşı rüku və səcdə üçün hazırlıq yaradır, əmr be məruf və nəhy əz münkər cəmiyyətdə ilahi hüdudları hifz edir.
"Əttaibun” sözündən məlum olur ki, malını və canını Allaha təqdim edən möminlər daxili bir inqilabla, bəyənilməmiş işlərdən çəkinməklə bu müamilə meydanına daxil ola bilərlər. (Necə ki, Kərbəla macərasında Züheyr və Hürr kimi mənfi keçmişə malik şəxslər Allahla müamilə sayəsində canlarını təslim edib uğur qazandılar.)
Ubbad Bəsri Məkkə yolunda imam Səccadı (ə) görüb dedi: "Cihad və çətinliyi qoyub həcc və asanlığımı seçdin?”
Sonra Ubbad "innəllahəştəra...” ayəsini oxudu. Həzrət buyurdu: "Ayənin davamını oxu!” Ubbad "əttaibunə...” ayəsini oxudu. Həzrət buyurdu: "Əgər ardıcıllarımızda bu sifətlər olsaydı, qiyam qaldırmağımız vacib olardı. Bu halda cihad da həcdən üstün olardı.” 
Rəvayətlərdə bildirilir ki, "əssaihun” təbiri oruc tutanlara işarədir. 
Bildirişlər
1. Allahın öz əhdinə vəfa şərti möminlərin ilahi hədləri gözləməsidir.
2. Cəbhədə kiçik cihad üçün böyük cihad və özünütərbiyə lazımdır.
3. İslam hərtərəfli bir dindir. Göz yaşları qılınc, ibadət və səyahətlə müşayiət olunur.
4. Kamilliklərin insanda xasiyyətə çevrilməsi bir tələbdir.
5. İslam döyüşçülərinin ruhiyyəsi Allahın zikri və ibadətlə güclənir. Şərab, musiqi və bu kimi başqa işlər həmin ruhiyyəyə ziddir və düşmən cəbhəsinə aiddir.
6. İbadətlərin qəbulu üçün günahlardan tövbə etmək lazımdır.
7. Hərəkət, səy, hicrət, özünütərbiyə kamillik və Allaha yaxınlıq yolunda bir dəyərdir.
8. İslam döyüşçüsü namaz və ibadət əhli olmalıdır.
9. Kamillik yolunda öncə fərdin, sonra cəmiyyətin islahı gəlir.
10. Sərhədlərdə düşmənlə savaş daxili fəsadları nəzərimizdən qaçırmasın.
11. İlahi hədlərin hifzi üçün həm xarici düşmən, həm də daxili fəsadlarla mübarizə aparmaq lazımdır.
12. İctimai fəsadların qarşısının alınmasında döyüşçülər daha çox məsuliyyət daşıyırlar.