NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 114
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"İbrahimin öz atasının bağışlanmasını istəməsi yalnız ona verilmiş vədə görə idi. Allaha düşmən olduğunk bildikdən sonra ondan üz döndərdi. Həqiqətən, İbrahim (Allah qorxusundan) nalə çəkən və həlim idi.”
Nöqtələr
Ötən ayədə bildirildi ki, Peyğəmbər və möminlər qohumları olsa belə, müşriklərə dua edə bilməzlər. Bu ayədə isə İbrahimin öz müşrik əmisinə etdiyi duanın sirri açıqlanır və bildirilir ki, ona istiğfar vədi verilmişdi. Ayədə İbrahimin öz əmisinin doğru yola gələcəyinə ümidli olduğu qeyd edilir. Amma əmisi şirk halında öldükdən sonra İbrahim istiğfarı tərk etdi.
Sual: Nə üçün həzrət İbrahim əmisinin ölümündən sonra da ona dua edirdi?
Cavab: Həqiqi ata "valid” adlanır. "Əb” dedikdə isə ata, müəllim, əmi, qaynata, baba da nəzərdə tutula bilər. İbrahim müşrik əmisinə yox, həqiqi atasına dua edirdi.
Quranın 11 ayəsində İbrahimin əmisi "əb” təbiri ilə yad edilir ki, İbrahimin kimin himayəsində olması anlaşılsın. Amma İbrahim bu şəxsin təsiri altına düşməmişdir.
İmam Sadiq (ə) buyurmuşdur: "İbrahim dua əhli və çox ağlayan olmuşdur.”
Bildirişlər
1. Allah övliyalarına bədgümanlığa səbəb olan hər şey aradan götürülməli və düzgün izah verilməlidir.
2. Kafirə münasibətdə də əhdə vəfa lazımdır.
3. Peyğəmbərlərin elmi məhduddur.
4. Kafirlərin tünd rəftarı qarşısında öz həlimliyimizdən əl çəkməyək. (İbrahimin əmisi onu daşqalaq etməklə hədələyirdi. İbrahim isə səbirli idi.
5. Allaha xatir əmidən üz döndərmək İbrahimin Allaha eşqi və Onun qarşısında təvazö nişanəsidir.