NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 120
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Mədinə əhlinin və ətrafdakı bədəvilərin Allah rəsulunun göstərişindən çıxmağa (cəbhəyə getməməyə), öz canlarını Peyğəmbərin canından üstün tutmağa haqqı yoxdur. Çünki Allah yolunda çəkdikləri hər bir susuzluq, əziyyət və aclığa, kafirləri qəzəbləndirəcək yerdə atdıqları hər addıma, düşməndən gördükləri hər bir pisliyə əvəz olaraq saleh əməl yazılmış olar. Şübhəsiz, Allah yaxşı əməl sahiblərinin mükafatını puça çıxarmaz.”
Nöqtələr
Bu ayədən, döyüşdə istifadə üçün bəzi üsullar məlum olur: Bütün çətinliklərin ilahi razılıqla nəticələnməsinə iman; komandanlığın hifzi; çətinliklərə müqavimət və dözüm; düşməni xar və əsəbi etmək.
Bildirişlər
1. Rəhbərin daha elmli və imkanlı səhabələri və yaxınları daha çox məsuliyyət daşıyırlar.
2. İslamın müdafiəsində şəhər və kəndin fərqi yoxdur.
3. Peyğəmbərə sorğu-sualsız itaət zəruridir. Kimsənin haqqı yoxdur ki, Allah rəsulunun hökumətinə qarşı çıxsın.
4. Risalət şənlərindən biri savaşda bütün hərbi qüvvələrə komandanlıqdır.
5. Peyğəmbərin canını qorumaq müsəlmanların canını qorumaqdan zəruridir. Müsəlmanlar səmavi rəhbərdən öncə ölümü qəbul etməlidirlər.
6. Müsəlmanlar əqidə yolunda bütün çətinliklərə və təzyiqlərə dözümlü olmalıdır.
7. İslam cəmiyyəti küfrə düşmən olmalıdır.
8. Müsəlmanların kafirləri qəzəbləndirən həmrəy hərəkətlərinin ilahi mükafatı var.
9. Təkcə müdafiə və döyüş yox, cəbhədəki bütün əziyyətlər Allah tərəfindən qeydə alınır və mükafatı var.
10. Cihad üçün müqəddimə və hazırlıq da saleh əməl və ibadətdir.
11. Həqiqi xeyirxah şəxs inqilabçıdır və cəbhə əhlidir. (Fədakarlıq yaxşı əməlin kamillik nişanəsidir.)
12. Yalnız əziyyətlərə dözmək sayəsində ilahi mükafata çatmaq olar. Əziyyətsiz xəzinə yoxdur.
13. İlahi razılıq və mükafata iman problemləri yüngülləşdirir.