Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 121-ci Ayə

Surə 9
Ayə 121

Azərbaycan dilində tərcümə

Və çəkdikləri hər bir kiçik və böyük xərc və (cihad səfərində) qət etdikləri hər bir yer və dərə onların hesabına yazılır ki, Allah etdikləri çoxlu gözəl əməllərin mükafatını onlara əta etsin.
Ət-Tövbə surəsi , 121-ci ayə
Ət-Tövbə surəsi 121-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 121-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 121

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allah onlara etdiklərindən üstün mükafat versin deyə, infaq etdikləri az və ya çox bir mal, adladıqları bir vadi qeyd olunmamış qalmaz.”
Nöqtələr
"Əhsənə ma kanu yəməlun” dedikdə, ya ilahi mükafatın mücahidlərin əməllərindən üstün olacağı, ya da mal və canla cihadın ən üstün iş olduğu nəzərdə tutulur.
Bildirişlər
1 . İstər az, istər çox infaqın ilahi mükafatı var.
2. Hansısa xeyir əməllərimizin mükafatsız qalacağından qorxmayaq, bütün əməllər qeyd olunur.
3. Cəbhəyə hərəkət ən üstün işlərdəndir.
4. Allahın mükafatı insanların bütün əməllərindən üstün və ucadır.
5. Saleh əməlin davamı mükafatı artırır.
6. İlahi sünnə budur ki, əqidə məktəbi möminlərin səyi ilə yüksəlsin. (Möminlərin səylərinə ehtiyac olmasaydı, bu iki ayədə bir bu qədər təşviqə zərurət qalmazdı.)