Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 119-cu Ayə

Surə 9
Ayə 119

Azərbaycan dilində tərcümə

Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir).
Ət-Tövbə surəsi , 119-cu ayə
Ət-Tövbə surəsi 119-cu ayə
Tam Surə

Ət-Tövbə surəsi 119-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 119

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Ey iman gətirənlər! Allahdan çəkinin və sadiqlərlə olun!”
Nöqtələr
Şiə və sünni rəvayətlərinə əsasən, "sadiqin” dedikdə həzrət Məhəmməd (s) və onun ailəsi nəzərdə tutulmuşdur.
"Bəqərə” surəsinin 177-ci ayəsi iman, infaq, namaz, əhdə vəfa, çətinliklər qarşısında səbir əhlini sadiq sayır. "Hicr” surəsinin 15-ci və "Həşr” surəsinin 8-ci ayəsində əzab çəkmiş mühacirlər "sadiq” adlandırılmışdır.
Bildirişlər
1. Doğruçularla (sadiqlərlə) yaxınlıq və yoldaşlıq insanın tərbiyə amillərindən biridir və onu büdrəmədən çəkindirir.
2. İlahi rəhbərlərdən uzaq düşməyək.
3. İlahi rəhbərlər məsumdurlar. Əgər belə olmasaydı, Allah onlarla yaxınlıq göstərişi verməzdi. (Fəxr Razi deyir: "Məsum şəxs xüsusi bir fərd deyil. Ümmət icması xətadan məsumdur.” Onun bu sözləri təəccüb doğurur. Məgər xətakar fərdlərin cəmiyyəti məsumdurmu?!)
4. Cəmiyyətin təkamülü iman, təqva və məsum rəhbərə itaət sayəsində baş tutur.
5. Hər bir dövrdə məsum olmalıdır ki, müsəlmanlar ona qoşulsunlar.
6. Sadiqlik elə yüksək dərəcədir ki, Allah məsumluq əvəzinə "sadiqlik” təbirini işlətmişdir. İman və təqva mərhələsini adlayanlar bu adla mədh olunurlar.