NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 125
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Amma (bu ayələr) qəlblərində xəstəlik olanların çirkinliyini artırar və küfr halında ölərlər.”
Nöqtələr
Əgər ölünün cəsədi bir gölməçəyə düşsə, yağış yağdıqca daha da üfunətlənər. Bu üfunəti artıran yağış yox, cəsəd özüdür. Quran ayələri nazil olduqca inadkar və təkəbbürlü insanın qəlb xəstəliyi daha da güclənər.
İmam Sadiq (ə) buyurmuşdur: "Çirkinlik üzərinə çirkinlik” dedikdə "şəkk üzərinə şəkk” nəzərdə tutulur.”
Bildirişlər
1. Ruhi xəstəliklər də bədən xəstəlikləri kimidir. Bu xəstəlik müalicə olunmazsa, güclənib insanı məhv edər.
2. Küfr, haqqı gizləmək, naşükürlük insan ruhunun və qəlbinin təhlükəli xəstəliyidir.
3. Münafiqin aqibəti pisdir.