Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 127-ci Ayə

Surə 9
Ayə 127

Azərbaycan dilində tərcümə

Və bir surə nazil olan zaman (narahat olduqlarına və rəngləri dəyişdiyinə görə) onların bəzisi bəzisinə baxar (və sanki bir-birlərindən soruşarlar ki:) «sizi kimsə görürmü? (Məbada nifaqınız zahir ola, yaxud məclisdən çıxarılaq.)» Sonra (gizlincə sənin yanından) qayıdarlar. Onlar anlamaz bir dəstə olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərdi.
Ət-Tövbə surəsi , 127-ci ayə
Ət-Tövbə surəsi 127-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 127-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 127

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər bir surə nazil olsa, onlardan (münafiqlərdən) bəziləri bəzilərinə baxar, (soruşar:) sizi bir kəs görürmü? Sonra (Peyğəmbərin (s) hüzurundan yavaşca) xaric olarlar. Allah onların qəlblərini (haqdan) döndərmişdir. Çünki onlar anlamaz qövmdürlər.”
Nöqtələr
Münafiqlərə Quran ayələri heç bir təsir göstərmir. Necə ki, cərəyan yanmış elektrik lampasını işıqlandıra bilmir.
Bildirişlər
1. Çirkin niyyətlərinin ifşa olunması münafiqləri ağrıdır, onlar gizli fəaliyyət göstərməyə çalışırlar.
2. İlahi ayələr münafiqlərdə ikrah doğurur.
3. Münafiqlər Quran məclislərindən qaçırlar. Qurandan uzaqlıq nifaq və qəlbin xəstəliyi nişanəsidir.
4. İlahi qəhri doğuran insanın hidayət ruhiyyəsindən uzaqlığıdır.
5. Qurandan uzaqlığın səbəbi düzgün düşüncədən məhrumluqdur.