Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 128-ci Ayə

Surə 9
Ayə 128

Azərbaycan dilində tərcümə

Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır.
Ət-Tövbə surəsi , 128-ci ayə
Ət-Tövbə surəsi 128-ci ayə
Tam Surə

Ət-Tövbə surəsi 128-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 128

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Həqiqətən, sizə özünüzdən olan bir peyğəmbər gəlmişdir. Sizi incidən şey ona ağırdır. O sizin hidayətiniz üçün can yandırır və möminlərə rəfətli (mərhəmətli, şəfqətli), mehribandır.”
Nöqtələr
Allah-təala İslam Peyğəmbərindən (s) savay heç bir peyğəmbərə öz adlarından ikisini aid etməmişdir.
Səmavi rəhbərlərin ayədə bəyan olunan sifətlərinə diqqət, bu sifətlərin dünyəvi rəhbərlərin sifətləri ilə müqayisəsi Allahın bəşəriyyətə lütfünü, səmavi rəhbərlərə mütləq itaətin zəruriliyini təsdiqləyir.
Bildirişlər
1. Allahın rəsulu xalq arasından çıxmışdır.
2. Peyğəmbər ümmətin dərdini çəkir.
3. İslam rəhbərləri çətinliklər zamanı xalqla həmdərd və yoldaş olmalıdırlar.
4. Allahın rəsulu xalqın hidayət və tərbiyəsinə çox hərisdir.
5. Xeyirxahlıq, canıyananlıq, mehribanlıq, təmənnasızlıq və təvazö kəlamın təsir amillərindəndir.
6. İslam rəhbəri yalnız möminlərə qarşı rəfətli (şəfqətli) və rəhimdir. O, düşmənlərlə sərt və tünddür.