Əsas məzmuna keç

Ət-Tövbə surəsi - 129-cu Ayə

Surə 9
Ayə 129

Azərbaycan dilində tərcümə

Beləliklə, əgər (haqqı qəbul etməkdən) üz döndərsələr, de: «Mənə Allah kifayətdir, O Allah ki, Ondan başqa bir məbud yoxdur, Ona təvəkkül etdim və O, böyük ərşin Rəbbidir».
Ət-Tövbə surəsi , 129-cu ayə
Ət-Tövbə surəsi 129-cu ayə
Tam Surə

Ət-Tövbə surəsi 129-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ət-Tövbə surəsi / ayə 129

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər (Allahın buyruqlarından) üz çevirsələr, de ki, Allah mənə yetər. Ondan savay heç bir məbud yoxdur, yalnız Ona təvəkkül etmişəm və O, böyük ərşin Rəbbidir.”
Nöqtələr
Ötən ayədə Peyğəmbərin (s) canıyananlığından danışıldı. Bu ayədə isə buyurulur ki, Peyğəmbərin (s) səyləri xalqa möhtaclıq kimi başa düşülməməlidir. Bütün xalq ondan üz çevirsə də Allah onunladır. Necə ki, bəşəriyyətin günəşə üz və ya arxa çevirməsinin günəş üçün heç bir fərqi yoxdur.
İmam Sadiq (ə) buyurmuşdur: "Ərşil-əzim” dedikdə böyük mülk nəzərdə tutulmuşdur.” 
Əzəmətli varlıq nizamını qoruyan və idarə edən Allah kiçik insanı da öz lütfü kölgəsində qoruya bilər.
İmam Hüseyn (ə) Ərəfə duasında Allah-təalaya xitabən ərz edir: "Sənin kimi bir Rəbbi olmayanın kimi var?! Sənin kimi bir Rəbbi olanın nəyi yoxdur?!”
Bildirişlər
1. Xalqın dindən üz döndərməsi bizim iman və ruhiyyəmizə təsir göstərməməlidir.
2. Allahı olanın nəyi əskikdir?!
3. Allaha təvəkkül müşküllərin həlli rəmzidir.