Əsas məzmuna keç

Yunus surəsi - 100-cu Ayə

Surə 10
Ayə 100

Azərbaycan dilində tərcümə

Və heç kəs Allahın izni və köməyi (Onun əqli və nəqli hidayəti) olmadan iman gətirə bilməz (və bu, ağıl baxımından da mümkün deyildir). Allah murdarlığı (azğınlığı bütün dəlil-sübutlar təqdim edildikdən sonra) düşünməyən kəslərin üzərinə qoyur.
Yunus surəsi , 100-cu ayə
Yunus surəsi 100-cu ayə
Tam Surə

Yunus surəsi 100-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 100

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Halbuki, Allahın izn və iradəsi olmadan kimsə iman gətirə bilməz və Allah çirkinliyi (küfrü) düşünməyən kəslər üçün qərar verər.”
Bildirişlər
1. Ötən ayəyə əsasən, xalq iman gətirməyə məcbur edilmir, həm də Allahın hidayət və tövfiqi olmadan kimsə imana müvəffəq olmur. 
2. Küfr çirkinlikdir.
3. Yalnız düşüncə əhli ilahi lütf və iman tövfiqinə nail ola bilir. İxtiyari olaraq düşünməyən kəs Allahın qəzəbinə gəlir.
4. Sağlam əql iman üçün zəmindir. İmansızlıq düşüncəsizlik nişanəsidir.