NUR TƏFSİRİ: Yunus surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(İlahi ayələrə və peyğəmbərlərə qarşı çıxanlar) keçmişdəkilərin (zillət dolu) ruzgarından başqa bir ruzgar intizarındamıdırlar? De ki, intizarda olun, mən də sizinlə (birlikdə) intizardayam. (Keçmişdəkilərin düçar olduğu bəlaya siz də düçar olarsınız.)”
Bildirişlər
1. İlahi sünnə və qanunlar bütün xalq üçün eynidir.
2. Keçmişdəkilərin tarixi gələcəkdəkilər üçün ibrətdir.
3. Allahın verdiyi möhlət bizi qürrələndirməsin.
4. Dinsizliyin sonu fəlakətdir.
5. Xalqın inadkarlığı bəzən peyğəmbərləri də məyus etmişdir. Onlar bəzən öz ümidsizliklərini elan etmişlər.