NUR TƏFSİRİ: Yunus surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
|
"De ki, göylərdə və yerdə nə olduğuna (ibrət gözü ilə) baxın. Amma iman gətirməyənlər üçün nişanə və xəbərdarlıqların faydası yoxdur.”
|
|
|
|
Nöqtələr
Ötən ayədə düşüncəsizlik küfr dəlili sayıldı. Bu ayədə isə təfəkkür və düşüncə iman yolu kimi tanıtdırılır.
"Nuzur” ya "nəzir” sözünün oxşarıdır (peyğəmbər mənasında), ya da "inzar” sözünün cəm formasıdır (xəbərdarlıqlar mənasında).
Bildirişlər
1. Yaranışın mütaliəsi və bu mövzuda düşüncə Allahı tanımağın ən sadə və ümumi yoludur.
2. İnsanın qərar çıxarmasında onun iradəsindən qaynaqlanan baxış səmərəlidir. Bir şeyə sadəcə baxmaq faydasızdır.
3. İlahi ayələr və xəbərdarlıqlar yalnız inadkar olmayan pak insanlara təsir edir.
4. İnsan əqidə məktəbi seçimində azaddır. Əgər insan azad olmasaydı, peyğəmbərlərə və səmavi kitablara qarşı çıxmazdı.