Əsas məzmuna keç

Yunus surəsi - 109-cu Ayə

Surə 10
Ayə 109

Azərbaycan dilində tərcümə

Sənə vəhy olunana tabe ol və (dəvət vəzifəsinin yerinə yetirilməsində) Allah (səni inkar edənlərlə sənin aranda) hökm çıxarana kimi səbr et. O, hökm çıxaranların ən yaxşısıdır.
Yunus surəsi , 109-cu ayə
Yunus surəsi 109-cu ayə
Tam Surə

Yunus surəsi 109-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 109

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sənə vəhy olunana itaət et və Allahın mühakiməsinədək möhkəm dayan. O, ən üstün hakimdir.”
Bildirişlər
1. Xalqın iman gətirib-gətirməməsindən asılı olmayaraq ilahi göstərişlərdən boyun qaçırmayaq.
2. Peyğəmbərlər vəhy göstərişinə təslimdirlər.
3. Vəhy tədricən nazil olmuşdur.
4. Vəhyə itaət üçün səbrə ehtiyac var.
5. Rəhbər səbirli olmalıdır.
6. Elm əməlin, sabitqədəmlik qələbənin şərtidir.
7. Gələcəyə görə narahat olmayaq. Allah ən üstün hakimdir.