NUR TƏFSİRİ: Yunus surəsi / ayə 108
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, ey xalq, indi Rəbbiniz tərəfindən haqq sizin sorağınıza gəlmişdir. Hidayət olan, şübhəsiz, öz xeyrinə hidayət olur. Kim azırsa, yalnız öz zərərinə azır. Mən sizə vəkil deyiləm (ki, sizi zorla doğru yola çəkəm).”
Bildirişlər
1. Allah tərəfindən nazil olan hər bir şey (Quran və peyğəmbərlərin təlimi) haqdır və onlar Allahın rübubiyyət şənindəndir.
2. Peyğəmbərlərin besətinin, səmavi kitabların göndərilməsinin məqsədi bəşəriyyətin tərbiyələndirilməsidir.
3. Allah-təala höccəti tamamlamış, yetərli dəlillər gətirmişdir. Bizim haqqı qəbul etməmək üçün üzrümüz yoxdur.
4. Allah bizim hidayətimizə ehtiyac duymur. Tutduğumuz yolun xeyir və zərəri yalnız özümüzə aiddir.
5. İnsan ixtiyar sahibidir və hər bir insanın taleyi öz əlindədir. Hətta peyğəmbərlərə də ixtiyar verilməyib ki, xalqı məcbur etsinlər.
6. Peyğəmbərlərin vəzifəsi məcburiyyət yox, dəvət və təbliğdir.