NUR TƏFSİRİ: Yunus surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Əgər Allah (sınaq və ya başqa bir məqsədlə istəsə ki,) sənə bir ziyan yetirə, Onun özündən savay bir kimsə (həmin ziyanın) qarşısını almaq gücündə deyil. Əgər sənə bir xeyir istəsə, kimsə Onun fəzlinə mane olmayacaq. Bəndələrindən istədiyinə xeyir yetirər. O, çox bağışlayan və mehribandır.”
Nöqtələr
Zərərin aradan götürülməsi ilə bağlı işlənmiş "Ondan savay” təbiri xeyirin qarşısının alınması ilə bağlı işlədilməmişdir. Məlum olur ki, Allah insana yetirdiyi fəzlin yox, yalnız zərərin qarşısını alır. (Əlbəttə ki, əgər əməllərimiz bu təqdiri dəyişməsə. ) Bəli, nemət insanın əməllərindən asılı olaraq dəyişə bilər.
Bildirişlər
1. Xeyir və şər yalnız Allahın əlindədir.
2. Hər acılığı şər saymaq olmaz. Bəzən acı bir hadisə fitrətin oyanması üçün faydalı olur.
3. Allahın məqsədi xeyir yetirməkdir. Buna görə də yalnız xeyirlə bağlı istək sözü işlədilmişdir.
4. İnsana rəva görülən xeyir və yaxşılıqlar onun haqqı yox, Allah-təalanın mərhəmətidir.
5. Allahın istəyi hikmətə əsaslanır. Allahın təqdiri Onun hikməti ilə müşayiət olunur.