Əsas məzmuna keç

Yunus surəsi - 15-ci Ayə

Surə 10
Ayə 15

Azərbaycan dilində tərcümə

Bizim aydın ayələrimiz onlara oxunan zaman, Bizə qovuşacaqlarına ümidi olmayan (məadı inkar edən) kəslər «bundan başqa bir Qur’an gətir, ya onu dəyişdir» (məsələn, onun bəzi ayələrini və surələrini çıxart, orada şirkin haramlığından, bütlərin pislənməsindən, Qiyamətdən, murdarın və qumarın haram olmasından bir şey olmasın) deyərlər. De: «onu(n hamısını, ya bəzisini) özbaşıma dəyişdirmək mənə yaraşmaz və (buna) mənim haqqım və qüdrətim yoxdur. Mən yalnız mənə vəhy edilən şeyə tabe oluram. Şübhəsiz, əgər mən Rəbbimə qarşı itaətsizlik etsəm, böyük bir günün əzabından qorxuram.
Yunus surəsi , 15-ci ayə
Yunus surəsi 15-ci ayə
Tam Surə

Yunus surəsi 15-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 15

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Aşkar ayələrimiz onlara oxunduğu vaxt görüşümüzə ümid bəsləməyənlər deyər: "Ya başqa bir Quran gətir, ya da bu Quranı dəyiş.” (Onlara) de ki, mən onu özbaşına dəyişə bilmərəm və yalnız vəhy olunana tabeyəm. Mən böyük günün əzabından qorxuram... Əgər Rəbbimə itaətsizlik göstərsəm!”
Nöqtələr
Bəzi bütpərəstlər Quranın bütləri məzəmmət edən ayələrinin və ya bütün kitabın dəyişdirilməsini istəyirdilər. Səmavi təlimləri öz nəfs istəklərinə münasib görməyənlər həmişə belə istəyə düşürlər.
Bildirişlər
1. Allahı tanıma nişanələri xalqa bəyan olunmalıdır.
2. Heç kim, hətta peyğəmbər belə ilahi qanunu dəyişə bilməz.
3. Heç vaxt xalqın bəhanə və həvəslərinə təslim olmayaq. Əsas məsələ xalqın istəyi yox, Allahın buyruğudur.
4. Quranda heç bir bəşərin, hətta Peyğəmbərin (s) belə əli yoxdur.
5. Əqidə əsaslarını dəyişmək bahasına tərəfdarlar toplamağın dəyəri yoxdur.
6. Peyğəmbərlər məsumdurlar və yalnız vəhyə tabe olmuşlar.
7. Məadın xatırlanması təqva və günahdan paklıq səbəbidir. Necə ki, məaddan xəbərsizlik bəhanəçiliyə gətirib çıxarır.
8. Peyğəmbərlərin paklıq qaynağı məada iman və əminlikdir.