NUR TƏFSİRİ: Yunus surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Allaha iftira yaxan və ya Onun ayələrini yalan sayandan da zalımı kimdir? Şübhəsiz, günahkarlar nicat tapmazlar.”
Nöqtələr
Ayədə Quranın dəyişilməsini istəyənlərə cavab davam etdirilir. Onların bu istəyi Allaha iftira kimi qəbul olunmuşdur. Oxşar məzmunlu başqa ayələr də var.
Bildirişlər
1. Ən böyük zülm ideoloji, etiqadi zülm və ayələrin təhrifidir.
2. Şəxsiyyət böyük olduqca ona qarşı iftira da təhlükəli olur.
3. Din uyduran insan kafirlə bir sırada dayanır.
4. Bidət (dində dəyişiklik) günahdır.
5. Əgər din təbliğatçısı öz düşüncəsini din kimi təqdim edərsə, "zalım”, "günahkar” adları ona uyğun gələr.