NUR TƏFSİRİ: Yunus surəsi / ayə 16
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"De ki, əgər Allah istəsəydi, onu (Quranı) sizin üçün oxumaz, sizi ondan xəbərdar etməzdim. Mən Qurandan öncə aranızda bir ömür yaşamışam. Yoxsa düşünmürsünüz?!”
Nöqtələr
Ayədə Quranın dəyişməsini istəyənlərə xitab olunur ki, Peyğəmbər (s) qırx il sizin aranızda yaşamışdır, Quran onun öz düşüncələri olsaydı, bundan da qabaq ondan bu sayaq sözlər eşidərdiniz.
Bildirişlər
1. Peyğəmbər Allahın icazəsi olmadan heç bir iş görmür.
2. Quran bəşər düşüncəsinin məhsulu yox, ilahi bir möcüzədir.
3. Peyğəmbərin pak keçmişi və əmanətdarlığı onun haqlı olmasının nişanəsidir.