NUR TƏFSİRİ: Yunus surəsi / ayə 28
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Qiyamətdə) hamını bir yerə toplayacağımız gün müşriklərə deyərik: "Siz və Allaha şərik güman etdikləriniz öz yerinizdə qalın (ki, hesabınız aparılsın). Sonra aralarında ayrılıq salarıq və məbudlar deyərlər ki, siz (əslində) bizə pərəstiş etmirdiniz (öz həvəslərinizin ardınca gedirdiniz).”
Nöqtələr
Ötən ayədə deyildi ki, günahkarlar və kafirlər üçün heç bir qurtuluş yolu yoxdur. Bu ayədə isə bildirilir ki, hətta onların xəyali vasitələri də şəfaət vermək əvəzinə, onlardan üz döndərərlər.
Bildirişlər
1. Qiyamət və onun hadisələrini unutmayaq.
2. Qiyamətdə təkcə insanlar yox, hətta saxta məbudlar da hazır olar.
3. Qiyamət ayrılıq günüdür. (Qiyamətdə sorğu üçün insanlar bir-birlərindən ayrı düşərlər.)
4. Kafirlərin öz xəyali şəfaətçiləri qiyamətdə onlardan üz döndərər.
5. Qiyamətdə bütlər dilə gəlib onlara ibadət edənləri inkar edər və ya xəbərsizliklərini bildirərlər.