Əsas məzmuna keç

Yunus surəsi - 29-cu Ayə

Surə 10
Ayə 29

Azərbaycan dilində tərcümə

«Buna görə də, bizimlə sizin aranızda Allahın şahid olması kifayətdir. Həqiqətən biz sizin ibadətinizdən xəbərsiz idik». (Ağıl sahiblərinin xəbərsizliyinin səbəbi onların etinasızlığı, bütlərin xəbərsizliyinin səbəbi isə idraklarının olmaması idi.)
Yunus surəsi , 29-cu ayə
Yunus surəsi 29-cu ayə
Tam Surə

Yunus surəsi 29-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 29

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sonra (məbudlar müşriklərə deyərlər) bizimlə sizin aranızda Allah yetər. Həqiqətən, biz sizin pərəstişinizdən xəbərsiz idik.”
Nöqtələr
Ötən ayədə məbudlar deyirdilər ki, siz bizə ibadət etmirdiniz. İndi isə bildirirlər ki, biz sizin ibadətinizdən xəbərsiz idik. Nəticə alınır ki, məbudun xəbərsiz olduğu istənilən bir ibadət ibadət deyil.
Quranda məbudların müşriklərə nifrət və onlardan üz döndərməsindən dəfələrlə söhbət açılmışdır. 
Bildirişlər
1. Qiyamətdə bütlərə şüur və nitq verilər.