Əsas məzmuna keç

Yunus surəsi - 30-cu Ayə

Surə 10
Ayə 30

Azərbaycan dilində tərcümə

Hər bir kəs (dünyada) qabağa göndərdiyi əməli həmin gün və orada yoxlayacaqdır (onun dəyərinin və əvəzinin miqdarından xəbərdar olacaqdır) və hamı Allaha – özünün həqiqi mövla və başçısına tərəf qaytarılacaqdır (Cənnətə və ya Cəhənnəmə yollanacaqdır). Və yalandan uydurduqları (yalandan Allahın şəriki hesab etdikləri) şey onlar(ın yanın)dan yoxa çıxacaqdır.
Yunus surəsi , 30-cu ayə
Yunus surəsi 30-cu ayə
Tam Surə

Yunus surəsi 30-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 30

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Orada hər kəs öncədən göndərdiyinə (onun cəzasına) düçar olar və həqiqi hamisinə doğru qaytarılar. İftira və yalan olaraq Allah saydıqları şeylər onların gözləri qarşısındaca məhv olar.”
Bildirişlər
1. Dünyəvi sınaqların nəticəsi qiyamət günü əldə olunar.
2. Qiyamət hesabı hamı üçündür.
3. Varlığın qaynağı Odur və işin sonu Ona doğrudur.
4. Həqiqi mövla Allahdır və Ondan qeyriləri puçdur.
5. Qiyamətdə yalançı məbudların görüntüləri məhv olacaq.