Əsas məzmuna keç

Yunus surəsi - 51-ci Ayə

Surə 10
Ayə 51

Azərbaycan dilində tərcümə

(Əzab gəldikdən və peşman olduqdan) sonra (onlara deyilər:) «Ona əzab gəlib çatan zaman iman gətirdiniz?! İndi?! Halbuki, onun gəlişinə tələsirdiniz».
Yunus surəsi , 51-ci ayə
Yunus surəsi 51-ci ayə
Tam Surə

Yunus surəsi 51-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 51

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"(Əzab) nazil olduqdan sonra Ona iman gətirərsiniz? İndicə? Halbuki əzabın tez gəlməsini daha çox istəyirdiniz.”
Nöqtələr
Hədisdə bildirilir ki, ayədəki əzab nümunəsi axır zamanda qiblə əhlinə nəsib olacaq əzabdır. 
Bildirişlər
1. İlahi qəhr-qəzəb qəfildir. Onun gəlişində gecə-gündüz şərti yoxdur.
2. Düşüncəli insan əzab ehtimalı ilə tələsməməli, ehtiyatlı olmalıdır.
3. Günahkarları qəfil yaxalayan ilahi qəhr nazil olduqda qurtuluş yolu qalmır.
4. Təhlükə zamanı iman gətirməyin faydası yoxdur.
5. Müşriklər daim ilahi əzabın tezləşməsini istəyirdilər.