Əsas məzmuna keç

Yunus surəsi - 54-cü Ayə

Surə 10
Ayə 54

Azərbaycan dilində tərcümə

Və əgər zülm etmiş hər bir şəxs (Qiyamət günü) yer üzündə olan şeylərin hamısına sahib olsa onu mütləq özünə fəda edər (ki, əzabdan nicat tapsın). Və əzabı görən zaman (xəcalətdən) öz peşmançılıqlarını gizlədərlər. Onların arasında ədalətlə hökm olunar və onlara zülm edilməz.
Yunus surəsi , 54-cü ayə
Yunus surəsi 54-cü ayə
Tam Surə

Yunus surəsi 54-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Yunus surəsi / ayə 54

MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Bütün yer üzündəkilər zülm etmiş kəsin olsaydı, şübhəsiz, (Allahın qəzəbindən qurtulmaq üçün) onların hamısını verərdi. Onlar əzabı gördükdə peşmanlıqlarını gizlədərlər (tənə edilməsinlər deyə). Onlarla ədalətli mühakimə aparılar və onlara zülm edilməz.”
Nöqtələr
Əzabdan qurtulmaq üçün fidyə verilməsi məsələsinə digər ayələrdə də toxunulmuşdur. Məsələn: "Yer üzündə olandan iki qat artıq versələr də Allahın əzabından qurtulmazlar. ; "Günahkar qurtulmaq üçün həmin gün övladlarını, zövcəsini, qardaşını, qohumlarını və yer üzündə olanları fidyə vermək istəyər. Amma qəbul olunmaz.” 
Bildirişlər
1. Qiyamətdə günahkar üçün qurtuluş yoxdur. Bir kəs və ya bir mal digərinə fəda edilmir.
2. İnsanın özünü sevməsi onun ən güclü daxili meylidir. Buna görə də o öz qurtuluşu üçün bütün varlığı qurban verməyə hazırdır.
3. Günahkarlar tənəyə hədəf olmamaq üçün öz peşmançılıqlarını gizlədirlər. 
4. Qiyamətdə bəziləri öz peşmançılıqlarını "Ey kaş...” deməklə bildirirlər. Kimi bu peşmançılıqdan əlini dişləyir, kimi də susmaqla onu gizləyir.
5. Şirk başçıları qiyamətdə öz peşmançılıqlarını gizlədirlər ki, tabeçiliklərində olanların qarşısında xəcalət çəkməsinlər. 
6. İlahi ədalət mühakiməsində gücün, var-dövlətin heç bir səmərəsi yoxdur.
7. Dünyada hakim səhv üzündən kiməsə zülm edə bilər. Qiyamətdə isə heç bir xəta yoxdur və kimsəyə zülm olunmaz.
8. Zalımla rəftarda belə zülmə yol verməyək.