NUR TƏFSİRİ: Yunus surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Sonra zalımlara deyilər: "Həmişəlik əzabı dadın!” Yoxsa əldə etdiklərinizdən başqa bir şeyə görəmi cəzalandırılırsınız?”
Nöqtələr
Ötən ayədə əzab dedikdə dünyadakı ilahi cəza nəzərdə tutulurdu. Bu ayədə isə qiyamət əzabından danışılır.
Bildirişlər
1. Peyğəmbərlərin müxalifləri zalımdırlar.
2. Bir qrup günahkar üçün ilahi əzab əbədidir.
3. Axirət cəzası həm ruha, həm də cismə aiddir.
4. Cəzalar ilahi ədalət prinsipi əsasındadır.
5. İnsan yaxşı və ya pis yol seçimində məcbur yox, azaddır.