NUR TƏFSİRİ: Yunus surəsi / ayə 53
MÖHSÜN QƏRAƏTİ.
14.11.2025
"Səndən xəbər alırlar ki, (cəza vədi) haqdırmı? De ki, bəli, and olsun Rəbbimə, o qətidir və siz (Allahı) bu işdə aciz qoya bilməzsiniz.”
Nöqtələr
Bu ayə "Tur” surəsinin 8-ci ayəsinə oxşayır: "Şübhəsiz, ilahi əzab gerçəkləşəcək və onun qarşısını heç nə ala bilməyəcək.”
Bildirişlər
1. İlahi vədlər qətidir.
2. Rəhbər xalqın şəkk-şübhəsini aradan qaldırmalıdır.
3. Tərəddüdlər qarşısında qəti sözə ehtiyac var.
4. Xalqı tərəddüddən qurtarmaq üçün bəzən anda ehtiyac olur.
5. Varlıq aləmində Allahın iradəsinə qarşı çıxan qüdrət yoxdur.