Əş-Şuəra surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əş-Şuəra surəsi" üzrə 227 ayə tapıldı.
Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Amma heç kimin onun bənzərini gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır. And olsun Turi-Sinaya, Məkkəyə, and olsun Tuba və Sidr (ağaclarına) və Muhəmmədə (s) ki,)
Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi şəkildə) boyun əyib itaət edərlər.
Onlara Rəhman (olan Allah)-dan elə bir yeni öyüd-nəsihət vasitəsi (surə, moizə, möcüzə) gəlməz ki, ondan üz döndərməsinlər.
Beləliklə, həqiqətən, onlar (Bizim ayələrimizi) təkzib etdilər. Odur ki, istehza etdikləri şeyin xəbərləri tezliklə onlara yetişəcəkdir (verilən vədləri Bərzəxdə, ya Qiyamətdə başa düşəcəklər).
(Bu qədər israrla təkzib etdikləri halda) məgər yer üzünə baxıb orada nə qədər növbənöv könül oxşayan (bitkilər və ağaclar) bitirdiyimizi görmədilərmi?
Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
Həqiqətən, sənin Rəbbin (intiqam alma və cəza vermə baxımından) yenilməz qüdrət və (möhlət vermə baxımından) mərhəmət sahibidir.
«Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».
«Onlarla bağlı boynumda bir günah var (onlardan bir nəfəri öldürmüşəm). Buna görə də (risaləti yerinə yetirməzdən öncə) məni öldürəcəklərindən qorxuram».
(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».
Firon dedi: «Məgər biz səni uşaqlıq çağında öz yanımızda böyütmədikmi? Ömrünün neçə ilini bizim yanımızda qalmadınmı?»
(Musa) dedi: «O işi o vaxt edərkən mən xəbərsizlərdən idim (xəbərsiz idim ki, bir zərbə bir kəsin ölümünə səbəb ola bilər)».
227 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
12 Səhifə