Əl-Buruc ‏ surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Buruc ‏ surəsi" üzrə 22 ayə tapıldı.
Və and olsun («Uxdud» hadisəsini) müşahidə edənə və onların müşahidə etdiklərinə («Uxdud»da yandırılanlara, öz ümmətinə şahid olan hər bir peyğəmbərə və onun ümmətindən şahid olduğu hər bir saleh şəxsə, axirətdə bütün keçmiş peyğəmbərlərə şahid olacaq İslam Peyğəmbərinə və onun şahid olduğu kəslərə, axirətdə insanların əməllərinə şahid olan hər bir mələyə, onların şahid olduğu əməli saleh insanlara, Allah evini ziyarət edənlərə şahid olan «Həcərül - Əsvəd»ə və onun şahid olduqlarına);
Ölüm olsun o «xəndək» sahiblərinə (onlara qarşı çıxan möminləri odla dolu xəndəyə atan kafir və zalım şaha və onun köməkçilərinə)!
Onlar möminlərə yalnız (sifətləri və işləri) həmd olunmuş, yenilməz qüdrət sahibi olan Allaha iman gətirdiklərinə görə eyb və irad tuturdular.
O Allah ki, bütün göylərin və yerin həqiqi mülkiyyəti və malikiyyəti Ona məxsusdur (çünki, yaradılış, qorumaq və tədbir –bunların hamısı Onun əlindədir). Allah hər bir şeyə nəzarətçi və şahiddir.
Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir.)
Şübhəsiz, iman gətirib saleh əməllər edənlər üçün (evlərinin və ağaclarının) altında çaylar axan Cənnətlər vardır! Budur böyük qurtuluş!
Həqiqətən, (məxluqları) yoxdan var edən və (öldükdən, məhv olduqdan sonra yenidən əvvəlki halına) qaytaran Odur.
O, qoşunların (Allahın və Onun peyğəmbərlərinə qarşı qoşun çəkən keçmiş ümmətlərin) xəbəri sənə gəlib çatdımı?
(Halbuki,) Allah onları hər cəhətdən (vücud, elm və qüdrət baxımından) əhatə edəndir. (Onların bütün ixtiyarı Allahın əlindədir)
22 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
2 Səhifə