Qaf surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Qaf surəsi" üzrə 45 ayə tapıldı.
Qaf. (Bunlar Allahla Onun Peyğəmbəri arasındakı sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin bəşəriyyət onun bənzərini gətirməkdə acizdir. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. Ey Muhəmməd! Sənə əmr olunduğu kimi möhkəm ol. Olacaq şeyin hökmü əzəldən verilib.) And olsun əzəmətli, əziz, şanlı, şərəfli, qiymətli və uca məqamlı Qur’ana (ki, sən peyğəmbərlərdənsən və cəza günü haqdır).
(Onlar nəinki qəbul etmədilər) hətta onlara (mələk və cinlərdən deyil) özlərindən bir qorxudan (peyğəmbər) gəlməsinə təəccübləndilər. Buna görə də kafirlər dedilər: «Bu qəribə bir şeydir!
Məgər ölüb torpaq olandan sonra (yenidən dirildiləcək və ayağa qaldırılacağıq)? Bu, (tarixi təcrübədən və ağılın dərkindən) uzaq bir qayıdışdır. (Bədənlərin dağılmış və bir-birinə qarışmış hissələri bir-birindən ayrıldıqdan sonra bir yerə necə toplana bilər?)»
(Heç də uzaq deyil! Çünki) şübhəsiz, Biz yerin onların cəmiyyətindən nəyi azaltdığını və (qəbir) torpağın(ın) onların cəsədlərindən nəyi əskiltdiyini (əzəldən) bilirik. Çünki Bizim yanımızda (varlıq aləminin hadisələrini) qoruyan və (hər bir hadisə və dəyişiklikdən) qorunmuş (Lövhi-Məhfuz adlı) bir kitab vardır.
(Ağıllarının dərk etməməsindən deyil) bəlkə haqq onlara yetişən (aydın olan) zaman onu təkzib etdilər. Beləliklə onlar qarmaqarışıq bir iş içərisindədirlər (qəlbdə yəqinlikləri var, dildə isə inkar edirlər).
Məgər başlarının üzərindəki göyə baxıb görmürlər ki, onu necə tikmişik və bəzəmişik və onda heç bir yarıq yoxdur (onda heç bir nöqsan və çatışmazlıq görünmür)?!
Biz yeri sərdik, onda sabit və möhkəm dağlar yaratdıq və gözəl, qəlbi oxşayan bitkilərin hər sinif və cütündən bitirdik.
(Allahın ayələri barəsində fikirləşməklə Ona tərəf) qayıdan hər bir bəndəyə gözüaçıqlıq və öyüd-nəsihət (amili) olması üçün (etdik bunları).
Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik. Onun vasitəsi ilə (çoxlu ağacı olan) bağlar və biçilməli dən(li bitki)lər bitirdik.
Və uca boylu və məhsuldar xurma ağacları (yetişdirdik) ki, bir-birinin üstünə çıxmış salxımları və (hər salxımda) sıx meyvələri vardır.
Bəndələrin ruzisi olsun deyə! Həmçinin su vasitəsi ilə (bitkiləri bitirib) ölmüş torpağı diriltdik. Çıxmaq (qiyamət günü ölülərin qəbirlərdən baş qaldırmaları da) belədir (bitki və dənlərin yetişməsi kimidir).
Onlardan (Məkkə müşriklərindən) qabaq Nuhun qövmü, (Yəmamədə peyğəmbərləri Hənzələni quyuya atmış) Rəss yoldaşları və (Saleh peyğəmbərin qövmü) Səmud da (öz peyğəmbərlərini) təkzib etmişdi.
Həmçinin (Hudun qövmü) Ad, Firon (və onun yoldaşları) və Lutun (qəbilə) qardaşları.
(Şüeyb qövmünə məxsus) o yamyaşıl və sıx ağaclı yerin sakinləri və (Yəmən padşahının) Tübbə qövmü. Onların hamısı peyğəmbərləri təkzib etdilər. Beləliklə Mənim (inkar edənlərə əzab vermək barəsindəki) qəti vədim (onlar barəsində) təsbit oldu.
Məgər Biz (varlıq aləminin) ilk yaradılış(ın)da aciz qalmışıq (ki, onların yenidən qaytarılmalarında da aciz qalaq)?! (Onlar ilk yaradılışı inkar etmirlər,) əksinə yeni yaradılış barəsində səhvdədirlər.
Şübhəsiz, insanı Biz yaratdıq və nəfsinin ona nə ilə vəsvəsə etdiyini bilirik. Biz ona şah damarından da yaxınıq.
(Yada sal) o zaman(ı) ki, (insanın düşüncə və əməllərini) qəbul edən o ikisi (o iki mələk) onun sağında və solunda oturub qəbul edirlər.
Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın.
Ölüm bihuşluğu həqiqətən gələr və (başqa aləm barəsində insanın qarşısına) həqiqəti çıxarar. (Və ona deyilər:) Bu sənin qaçdığın həmin şeydir.
Və Sur (ikinci dəfə) çalınar. Həmin gün (Allahın) hədələyici vədlər(inin gerçəkləşməsi) günüdür.
45 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
3 Səhifə