Əl-Vaqiə surəsi - Ayə 2 #56:2 Onun baş verməsində yalan yoxdur və kiminsə onu yalan sayması layiq(li iş) deyil.
Əl-Vaqiə surəsi - Ayə 3 #56:3 Alçaldan və ucaldandır. (Yaradılış aləmini alt-üst edən, sonra küfr və itaətsizlik əhlini alçaldan, təqva və iman əhlini ucaldandır.)
Əl-Vaqiə surəsi - Ayə 8 #56:8 (Birinci dəstə) sağ tərəf əhli! Nədir sağ tərəf əhli? (Səadət və xoşbəxtlik təcəssümü.)
Əl-Vaqiə surəsi - Ayə 9 #56:9 (İkinci dəstə) sol tərəf əhli! Nədir sol tərəf əhli? (Şər və bədbəxtlik təcəssümü.)
Əl-Vaqiə surəsi - Ayə 15 #56:15 (Qızıldan) toxunmuş (daş-qaşla bəzədilmiş və bir sıraya düzülmüş) taxtlar üzərində.
Əl-Vaqiə surəsi - Ayə 17 #56:17 Onların dövrəsində (təravət və cavanlığı) həmişəlik olan və qolbağı taxmış oğlanlar dolanacaqlar.