"Səhər" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Səhər" üzrə 112 ayə tapıldı.
Və (yadınıza salın) o zaman(ı) ki, dedik: «Bu şəhərə (Beytül-Müqəddəsə) daxil olun və oranın istədiyiniz yerindən bolluca yeyin və bu qapıdan (şəhərin, ya Məscidül-Əqsanın qapısından) səcdə halında daxil olun və «(ilahi, bizim istəyimiz) günahların tökülməsidir» deyin ki, sizin səhvlərinizi bağışlayaq. Biz yaxşı iş görənləri(n savabını) artıracağıq.
Və (yadınıza salın) o zaman(ı) ki, dediniz: «Ey Musa, biz bir cür yeməyə heç cür dözməyəcəyik. Buna görə də bizim barəmizdə öz Rəbbini çağır ki, bizim üçün yerin bitirdiyi şeylərdən – göyərti, xiyar, sarımsaq, mərcimək və soğan çıxarsın.» Musa dedi: «Siz daha yaxşının yerinə alçaq şey istəyirsiniz? (İndi ki, belədir) bir şəhərə (şəhərlərdən birinə) gedin ki, istədiyiniz şeylər sizin üçün hazırdır». Və onlara (alınlarına həqirlik,) xarlıq və möhtaclıq damğası vuruldu və Allahın qəzəbinə layiq oldular. Bu (xarlıq) ona görə idi ki, onlar həmişə Allahın nişanələrinə kafir olur və Allahın peyğəmbərlərini haqsız yerə öldürürdülər. Bu (küfr və peyğəmbərlərin öldürülməsi isə) ona görə idi ki, onlar itaətsizlik edir və həmişə öz hədlərini aşırdılar.
Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver.» Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!»
həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər.
Dedi: «Ey Rəbbim, (bu müjdənin şeytanın vəsvəsəsi deyil, Sənin tərəfindən olmasını və ya zövcəmin hamilə olduğunu bilməyim üçün) mənə bir nişanə müəyyənləşdir.» Dedi: «Sənin nişanən budur ki, üç gün camaatla yalnız rəmz və işarə ilə danışa biləcəksən. Və öz Rəbbini çox zikr et, axşam və səhər çağı pak sifətlərlə mədh edərək müqəddəs bil!»
Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.
Küfr edənlərin şəhərlərdə (imkanla, mənfəəttələbcəsinə və qalib halda) hərəkət və get-gəlləri səni aldatmasın!
Sizə nə olub ki, Allah yolunda və (o günlərdə müşriklərin hakimiyyəti altında olan Məkkə müsəlmanlarının, eləcə də bütün əsrlərdə zəmanə imperiyalarının hakimiyyəti altında olan) kişi, qadın və uşaqlardan ibarət müstəzəflərin (zəif hala salınıb həmin halda saxlanılan təbəqənin) - həmişə «ey Rəbbimiz, bizi əhalisi zalım olan bu şəhərdən kənara çıxart, bizə Öz tərəfindən bir başçı ver və bizə Öz tərəfindən bir köməkçi təyin et» deyən kəslərin (nicatı) uğrunda vuruşmursunuz?!
(Allahdan) qorxanlardan olan və Allahın (iman və şücaət) nemət(i) verdiyi şəxslərdən iki kişi dedi: «Bu qapıdan (şəhərin darvazasından) onlara hücum edin və elə ki, oraya daxil oldunuz, mütləq siz qalibsiniz.Əgər imanınız varsa yalnız Allaha təvəkkül edin».
Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».
Rəbblərinin razılığını qazanmaq və Ona yaxınlaşmaq istəyərək səhər-axşam Onu çağıranları öz yanından qovma! Nə onların hesabından (etiqadi və əməli vəzifələrindən və savablarından) bir şey sənin öhdənədir və nə də sənin hesabından bir şey onların öhdəsinə ki, (bu səbəbdən) onları qovasan və (nəticədə) zalımlardan olasan.
Bu, (peyğəmbərlərin göndərilmələri) sənin Rəbbinin şəhər və kəndləri(n) əhalisi(ni) heç vaxt qafil olduqları halda zalımcasına həlak etməməsinə görədir.
Onun qövmünün cavabı yalnız bu oldu ki, (bir-birlərinə) dedilər: «Bunları öz şəhərinizdən və cəmiyyətinizdən çıxarın və (həmçinin Lut və onun tərəfdarlarına məsxərə edərək dedilər:) bunlar paklıq axtaran insanlardır!»
Biz peyğəmbər göndərdiyimiz hər bir şəhər və kəndin əhalisini xəstəlik, çətinlik və yoxsulluğa düçar etdik ki, bəlkə (Bizim dərgahımıza) yalvarıb-yaxarsınlar.
Əgər şəhər və kəndlərin əhalisi iman gətirsəydilər və təqvalı olsaydılar, şübhəsiz göydən və yerdən onların üzünə bərəkətlər(in qapılarını) açardıq. Lakin onlar (Bizim ayələrimizi) təkzib etdilər. Belə olduqda onları əldə etdiklərinin cəzası olaraq yaxaladıq.
Belə isə, görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın onlara gecə vaxtı yatdıqları zaman gəlməsindən xatircəmdirlər?
Və görəsən şəhər və kəndlərin əhalisi Bizim əzabımızın gündüz çağı (dünya) oyunlar(ın)a (və günah işlərə) başları qarışan halda onlara gəlməsindən xatircəmdirlər?
Firon dedi: «Mən sizə icazə verməmişdən qabaq ona iman gətirdiniz? Bu, şübhəsiz, (sizinlə Musanın) bu şəhərdə onun əhalisini oradan çıxarmaq (qibtiləri çıxarmağınız və İsrail övladlarını saxlamaq) üçün qurduğunuz bir hiylədir. Odur ki, tezliklə biləcəksiniz!
Və (yada sal) o zaman(ı) ki, onlara (belə) deyilmişdi: «Bu şəhərdə (Beytül-Müqəddəsdə) məskunlaşın, onun istədiyiniz yerindən istifadə edin, «(ey Rəbbimiz), bizim günahlarımızı tök» deyin və bu qapıdan səcdə halında (təvazökarlıqla) daxil olun ki, sizin günahlarınızı bağışlayaq. (Onda) tezliklə yaxşılara artıq bağışlayarıq.» (Bəqərə surəsinin 58-ci ayəsinə mürəciət edin).
112 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
6 Səhifə