Əş-Şuəra surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əş-Şuəra surəsi" üzrə 227 ayə tapıldı.
«Sizi və sizdən önc(Onlar): «Həqiqətən, sən cadu olunmuşlardansan»–dedilər.əki qövmləri yaradandan qorxun».
(Və istehza məqsədilə dedilər:) «Əgər doğru danışanlardansansa, onda göyün parçalarını üstümüzə endir».
(Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Şübhəsiz bu (Qur’an) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul - Əminin) hafizəsinə nazil olmuşdur).
Həqiqətən, də, bu (kitabın adı, vəzifəsi və gətirənin adı) keçmişdəkilərin (əvvəlki peyğəmbərlərin) kitablarında gəlmişdir.
Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
Qur’anı (Peyğəmbər, ya o əcəm) onlara oxusaydı, əsla ona iman gətirməzdilər (və deyərdilər: «Əcəm dilində olan Qur’an hara, ərəb milləti hara?»)
Biz onu belə (xoşagəlməz və batil düşündükləri halda Məkkə) günahkarlarının qəlblərinə beləcə yeritdik.
227 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
12 Səhifə