Əl-Əraf surəsi Sürəsi - Quran Kərim

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl-Əraf surəsi" üzrə 206 ayə tapıldı.
Yaratdıqlarımız içərisində (insanları) haqq (danışıq və əməl) ilə hidayət edən və haqqa əsaslanaraq hökm çıxarıb ədalətli olan bir dəstə vardır. (Bu surənin 159-cu ayəsinə müraciət edin.)
Bizim ayələrimizi təkzib edənləri tezliklə tədricən bilmədikləri yerdən (dünya həlakəti və axirət əzabı ilə) yaxalayacağıq.
Məgər fikirləş(ib gör)mədilərmi ki, onların yoldaş və yurddaşlarında (Muhəmməddə - səllallahu əleyhi və alihi və səlləm) heç bir dəlilik yoxdur? O yalnız aşkar bir qorxudandır.
Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qur’andan) sonra hansı sözə iman gətirəcəklər?
Allah kimi (itaətsizliyinə görə) olduğu azğınlıqda boşlasa, daha onu bir hidayət edən olmaz. (Allah) onları öz azğınlıqlarında sərgərdan qalmaları üçün boşlayır.
Səndən Qiyamət barəsində - onun nə vaxt baş verəcəyini soruşurlar? De: «Həqiqətən onun elmi yalnız Rəbbimin yanındadır. Onu vaxtı (çata)nda yalnız O zahir edəcəkdir. (Bu hadisə) göylərdə və yerdə (onların sakinləri üçün) ağırdır. O, sizə yalnız qəfildən gələcəkdir. Səndən, sanki sən ondan tam xəbərdarsanmış kimi soruşurlar! De: «Həqiqətən, onun elmi yalnız Allahın yanındadır, lakin insanların çoxu bilmirlər».
De: «Mən özüm üçün Allahın istədiyindən başqa heç bir xeyir və ziyana malik deyiləm. (Qeyb elmim də yoxdur) və əgər qeybi bilsəydim, özüm üçün mütləq hər bir mal və xeyirdən çoxlu tədarük görərdim və mənə heç bir zərər-ziyan dəyməzdi. Mən iman gətirən dəstə üçün yalnız bir qorxudan və müjdə verənəm».
Sizin hər birinizi bir candan (atanızdan) yaradan və yanında rahatlıq tapması üçün zövcəsini də onun cinsindən edən Odur. Beləliklə elə ki, zövcəsi ilə yaxınlıq etdi, o, yüngül bir yüklə yükləndi və bir müddəti (hamiləlik dövrünün əvvəlini) o yüklə keçirdi. Elə ki, yükü ağırlaşdı hər ikisi Allahı - öz Rəbblərini çağırdılar ki: «Əgər bizə saleh (sağlam və həyat sürməyə qadir) bir övlad əta etsən, mütləq şükr edənlərdən olacağıq».
Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar gizli şirkə düçar oldular. Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar.) Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır.
Onlar heç bir şey yaratmayan (bir şeyi yoxdan var etmək və mövcuda ruh vermək qüdrəti olmayan) və özləri yaradıl(mış ol)an varlıqları (Allaha) şərik qoşurlar? (Bu ayə və sonrakı ayələr bütpərəstlərin şiddətli tənqidi və bütlərin tamamilə acizliyinin bəyanı barəsindədir.)
Əgər onları doğru yola dəvət etsəniz, sizə tabe olmazlar. Sizin üçün onları dəvət etməyiniz və ya susmağınız birdir (çünki onlardan bir nəticə əldə etməyəcəksiniz).
Həqiqətən sizin Allahın yerinə çağırdıqlarınız (bütlər, ulduzlar və mələklər) sizin kimi bəndələrdir. Odur ki, əgər doğruçusunuzsa, onları çağırın, sizə cavab versinlər.
Məgər onların ayaqları var ki, onunla yol getsinlər, yaxud əlləri var ki, onunla tutsunlar və ya gözləri var ki, onun vasitəsi ilə görsünlər, yaxud da qulaqları var ki, onunla eşitsinlər? De: «Allaha qoşduğunuz şərikləri çağırın, sonra mənə qarşı olan bütün hiylə və planlarınızı işə salın və mənə möhlət verməyin».
«Şübhəsiz, mənim başçı və köməkçim bu kitabı nazil edən Allahdır. Odur saleh (bəndə)lərə başçılıq və yardım edən!».
«Allahın yerinə çağırdıqlarınız nə sizə bir yardım göstərə bilər və nə də özlərinə (xeyir gətirmək və ya bir zərəri dəf etməklə) bir kömək edə bilərlər».
Əgər onları doğru yola dəvət etsəniz eşitməzlər. (Ey Peyğəmbər,) onları (müşrikləri) sənə baxan görürsən, lakin onlar (əslində) görmürlər.
Əfv və güzəşt yolunu tut, yaxşı işlər görməyi əmr et və nadanlardan üz döndər (cihad hökmü gəlməyincə döyüşə başlama).
Əgər Şeytan tərəfindən təhrikedici bir vəsvəsə səni təhrik etsə, Allaha pənah apar, çünki O, eşidən və biləndir.
206 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
11 Səhifə