"Hidayət" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Hidayət" üzrə 191 ayə tapıldı.
Elə bir Peyğəmbər (göndərmişdir) ki, iman gətirib yaxşı işlər görənləri (şirk, küfr və cəmiyyətdəki digər mənəvi pozğunluqların) zülmət(in)dən (hidayət və tovhid) nur(un)a tərəf çıxarmaq üçün Allahın aşkar və aydınlıq gətirən ayələrini sizə oxuyur. Və kim Allaha iman gətirsə və yaxşı işlər görsə, Allah onu (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edər, orada əbədi qalarlar. Həqiqətən, Allah ruzini ona gözəl etmişdir!
Belə isə, məgər (yolun enişli-yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?! (Daim küfr və pozğunluq sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)
«O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.» (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).
«Və elə ki, biz bu hidayətedicini (Qur’anı) eşitdik, ona iman gətirdik. Çünki kim Rəbbinə iman gətirsə, nə (öz mükafatının) əskilmə(sin)dən, nə də hər zülmə uğramaqdan qorxar».
«Bizdən bir dəstə (Allahın əmrinə) təslim olanlar və bir dəstə də haqdan dönənlərdir. Təslim olanlar təkamül və hidayət axtarıb tapanlardır».
Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Qur’anın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk – şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Qur’an ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükr edən olsun, istərsə də nankor.
Şübhəsiz, (insanları din hökmlərinə, dünyada peyğəmbərin göstərişlərinə və sağlam ağıla uyğun yaşamağa) hidayət etmək Bizim öhdəmizədir.
191 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
10 Səhifə