"ibr" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "ibr" üzrə 220 ayə tapıldı.
(Bu Qur’an,) ayələrində düşünüb arxasınca getmələri (və onda olan dərin maarifi əldə etmələri) və (əsl) ağıl sahiblərinin ibrət götürmələri üçün sənə nazil etdiyimiz xeyir dolu və mübarək bir kitabdır
Tərəfimizdən mərhəmət və ağıl sahibləri üçün ibrət olsun deyə (yenidən) onun (zövcəsindən başqa hamısı məhv olmuş) ailəsini və onlarla birlikdə onların mislini ona əta etdik.
Bizim (elmi, cismani və maddi) qüvvətlər və (maddi və mənəvi məsələlərdə) bəsirətlər sahibi olan bəndələrimiz İbrahim, İshaq və Yəqubu yada sal.
Bu (Qur’an), aləmdəkilərin hamısı üçün yalnız bir ibrət və yada salmadır.
(Əzab içində olan həmin kafir yaxşıdır) yoxsa gecənin saatlarını səcdə və qiyam (ayaq üstə), itaət və xüzu ilə (müticəsinə) keçirən, axirətdən (axirət əzabından) qorxan və Rəbbinin mərhəmətinə ümid bəsləyən şəxs? De: «Məgər bilənlərlə bilməyənlər birdirlər?» Yalnız əsl ağıl sahibləri ibrət götürərlər.
Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən bunda (bu yaratmaq və yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması və ölümdən sonra axirət aləminin olması barəsində) ibrət və oyanma vardır.
Öz ayələrini (Öz tovhidinin əqli və nəqli dəlillərini) sizə göstərən və sizin üçün göydən (maddi və mənəvi) bir ruzi nazil edən Odur. (Bu nemətlərdən) yalnız Allaha könül vermiş və Allaha tərəf qayıdan kəs ibrət alar.
Korla görən, həmçinin iman gətirərək yaxşı işlər görən kəslərlə günahkar (insan) əsla bir deyildir. (Lakin) çox az ibrət götürürsünüz.
(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
Və (yada sal) o zaman(ı) ki, İbrahim atasına (qayınatasına və yaxud əmisinə) və öz qövmünə dedi: «Şübhəsiz, mən sizin ibadət etdiklərinizdən tamamilə bezaram,
Əksinə, haqq, eləcə də aşkar və aydınlıq gətirən elçi (Qur’an və Muhəmməd (s) ) yanlarına gələnə kimi bunları (Məkkə kafirlərini) və (İbrahimin tovhidini qəbul etməyən) atalarını (dünya nemətlərindən) bəhrələndirdik.
Nəticədə onları (tarixin batil və azğın qüvvələrinin) öncüllər(i) və gələcək (nəsil)lər üçün ibrətamiz məsəl etdik.
Həqiqətən Biz bunu (Qur’anı) sənin dilində asanlaşdırdıq (onu ərəbcə, sənin dilini ona yatan və zehnini onun təlimləri ilə tanış etdik ki,) bəlkə onlar (sənin qövmün) ibrət götürdülər.
Buna görə də (onlar ibrət götürmədikləri üçün onlara əzab gəlməsini) gözlə ki, əlbəttə onlar da (əzab) gözləyirlər.
Nəfsi istəyini öz məbudu etmiş və Allahın (onun batini küfrü və niyyətinin xəbisliyi barəsində olan) Öz elminə və onun məlumatına əsasən özbaşına buraxdığı, qulağını və qəlbini (bədbəxtlik möhürü ilə) möhürlədiyi və gözünə pərdə çəkdiyi kəsi gördünmü? Belə olan halda onu Allahdan başqa kim hidayət edə (bilə)r? Məgər ibrət götürmürsünüz?
Buna görə də Allahın elçilərindən möhkəm əzm sahibləri (dörd şəriət sahibi – Nuh, İbrahim, Musa və İsa) səbr etdikləri kimi səbr et və onlar üçün (onların məhv olmalarına) tələsmə. Onlar vəd edilən şeyi (Məhşər səhnəsində hazır olmağı) görən gün (öz fikirlərində belə güman edərlər ki, dünyada və ya Bərzəx aləmində) sanki günün yalnız bir saatını dayanıblar. (Bu məsələ və ya bu kitab) bir bildirişdir. Belə isə məgər fasiqlərdən başqası məhv ediləcək?!
220 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
11 Səhifə