"Allah" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Allah" üzrə 2426 ayə tapıldı.
Onların (münafiqlərin) elələri var ki, sən(in sözlərin)ə qulaq asır, nəhayət sənin yanından çıxanda (ilahi) elm verilmiş kəslərə (istehza ilə və ya mətləbə diqqətsizlikdən) «(peyğəmbər) indi nə dedi?» deyirlər. Onlar Allahın qəlblərinə (bədbəxtlik) möhür(ü) vurduğu və nəfsi istəklərinə tabe olan kəslərdir.
(Allah) doğru yolda olanların hidayətlərini (daha da) artırıb və onlara vəziyyətlərinə münasib pərhizkarlıq (ruhu) bəxş edib.
Bil ki, Allahdan başqa bir məbud yoxdur. Öz günahların (məsumluq məqamı üçün nisbi günah sayılan daha üstün əməlin tərk edilməsi) və mömin kişi və qadınlar(ın günahları) üçün bağışlanma dilə. Çünki Allah (dünyada) haldan-hala dəyişməyinizi və (axirətdə) məskunlaşacağınız və qərar tutacağınız yeri bilir.
İtaətkarlıq və gözəl söz onlar üçün daha yaxşıdır. İş (müharibə) ciddiləşən zaman əgər Allaha sadiq olsalar (könüllü şəkildə cihada getsələr, bu) əlbəttə, onlar üçün daha yaxşı olar.
Bunun səbəbi onların Allahın nazil etdiyini bəyənməyənlərə (Qüreyş kafirləri kimilərinə) «biz bəzi işlərdə (sizin müsəlmanlara qarşı gizli planlarınızda) sizə tabe olacağıq» demələridir. Allah onların gizli işlərini bilir.
O (əzab) onların Allahı qəzəbləndirən şeyə tabe olmalarına (peyğəmbərə qarşı çıxmalarına, Tövrat və İncili təhrif etmələrinə) və Onun razılığını xoşlamadıqlarına görədir. Buna görə də (Allah) onların (xeyir) əməllərini puç və batil etdi.
Yoxsa qəlblərində xəstəlik (ikiüzlülük və iman zəifliyi xəstəliyi olan) kəslər Allahın onların kin və ədavətlərini heç vaxt üzə çıxarmayacağını (və onların iç üzlərini ifşa etməyəcəyini) zənn edirlər?!
Əgər istəsək onları sənə göstərərik (və) sən onları üz və simaları ilə tanıyarsan. Sən mütləq onları danışıq tərzlərindən tanıyacaqsan. Allah sizin (bütün) etdiklərinizi bilir.
Şübhəsiz, küfr edənlər, Allahın yolundan üz döndərərək onun qarşısını alanlar və doğru yol aydın olduqdan sonra Bizim peyğəmbərimizlə müxalifət və düşmənçilik edənlər Allaha əsla, azacıq belə zərər-ziyan vurmazlar və (Allah) tezliklə onların əməllərini puça çıxaracaqdır (dinə zidd əməllərini dünyada və xeyir əməllərini axirətdə puç və təsirsiz edəcəkdir).
Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.
Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.
Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.
Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər.
Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız. Sizlərdən bəzisi xəsislik edir. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Ehtiyacsız (zəngin) olan Allah, möhtac olan isə sizsiniz. Əgər (Onun dinindən) üz döndərsəniz sizin yerinizə digər bir dəstəni gətirər (və) onda onlar sizin kimi olmazlar.
ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın (kafirlərin onların müqəddəslərinə ehtiramsızlıq kimi səndə gördükləri günahları «Allah» kəlməsini ucaltmaqla yox etsin və sənin özün üçün günah saydığın daha üstün əməlin tərk edilməsini mərhəmətini şamil etməklə bağışlasın,) sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin
Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir.
Mömin kişi və qadınları həmişəlik qalmaları üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil etmək və onların günahlarını təmizləmək üçün! Bu, Allah yanında böyük uğurdur.
Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!
Göylərin və yerin (müxtəlif) orduları Allaha məxsusdur. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.
2426 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
122 Səhifə