"UCa" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "UCa" üzrə 247 ayə tapıldı.
Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!» – deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır.
Ey iman gətirənlər, Allah Rəsulu ilə xüsusi söhbət et(mək istə)diyiniz zaman, öz söhbətinizdən öncə sədəqə verin, bu, sizin üçün daha xeyirli və daha pakdır və əgər (sədəqə vermək üçün bir şey) tapmasanız (bilin ki,) Allah bağışlayan və mehribandır.
Yoxsa öz xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən qorxdunuz? İndi ki, bunu etmədiniz və Allah da bundan keçdi, onda namaz qılın, zəkat verin və Allaha və Onun Rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır.
Məgər Allahın qəzəb etdiyi qövmü (yəhudiləri) özlərinə dost tutanları (münafiqləri) görmədinmi?! Onlar nə sizdəndirlər və nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər (ki, sizdəndirlər).
Onlar (xəyanətlərini təmizə çıxarmaq üçün) andlarını bir sipər etmişlər. Beləliklə, (bu vasitə ilə özlərini və camaatı) Allahın yolundan saxlamışlar, onlar üçün alçaldıcı bir əzab vardır.
Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq belə) onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
Allah onların hamısını dirildəcəyi ğün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır.
Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır.
Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.
Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur’an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir. Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır.
«Ey Rəbbimiz! Bizi kafirlərin imtahan vasitəsi etmə (ki, bizə dillə, ya əməllə əziyyət versinlər, ya onları imtahana çəkmək üçün bizi müxtəlif müsibətlərə düçar etmə). Ey Rəbbimiz, bizi bağışla, çünki Sən yenilməz qüdrət və hikmət sahibisən».
O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir şəkildə) surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir.
Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.
Və məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!
Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab – kitabı təqdim etmək üçün) Allaha sarı (mənəvi) ucalarlar.
247 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
13 Səhifə