Əl-Haqqə surəsi - Ayə 27 #69:27 «Kaş mənim o dünya həyatım(ın yerinə) qəti bir ölüm olaydı (və ya dünya ölümü məni birdəfəlik məhv edəydi)».
Əl-Haqqə surəsi - Ayə 29 #69:29 «Qüdrətim və səltənətim (və iddialarımın dəlil – sübutu da) əlimdən çıxdı».
Əl-Haqqə surəsi - Ayə 34 #69:34 «Və heç vaxt (özünü və başqalarını) fəqirə və ehtiyacı olana yemək verməyə rəğbətləndirmirdi».
Əl-Haqqə surəsi - Ayə 36 #69:36 (Cəhənnəmdəkilərin bədənindən axan) Od əhlinin irinindən, çirk və qanından başqa bir yeməyi də yoxdur.
Əl-Haqqə surəsi - Ayə 40 #69:40 Bu (Qur’an) şübhəsiz, möhtərəm bir elçinin (Cəbrailin və Peyğəmbərin) sözüdür.
Əl-Haqqə surəsi - Ayə 42 #69:42 Və nə də (ki, cinlərdən söz öyrənən) bir kahinin sözüdür! (Amma) çox az öyüd-nəsihət alırsınız.
Əl-Haqqə surəsi - Ayə 45 #69:45 Şübhəsiz, onu bütün qüdrətimizlə yaxalayardıq və yaxud sağ əlini tutub əzaba çəkərdik.