"Allah" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Allah" üzrə 2426 ayə tapıldı.
Onlar orada əsla nə boş söz eşidərlər, nə də bir yalan və təkzib; (Allah və mələklər onları və onlar da bir-birlərini təkzib etməzlər).
(O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.
Ruhun (Cəbrail, yaxud mələklərin başçısı və ya mələk cinsindən olmayan başqa şərafətli bir varlıq) və mələklərin səf-səf duracağı gün Rəhman (olan Allah)ın izn verdiyi kəslərdən başqa heç kəs danışmayacaq, (danışan da) doğru danışacaq.
(And olsun) Allahın əmrlərini yerinə yetirməkdə bir-birlərini ötən mələklərə və (and olsun) haqq yolunda döyüşənlərin bir-birlərini qabaqlayan atlarına,
(And olsun) dünyanın işlərini idarə edən mələklərə (aləm onların Allah iradəsinin inikası olan iradələri ilə idarə olunar). (Bu beş andda məqsəd budur ki, siz hamınız diriləcəksiniz).
Başqa bir titrədən (surun ikinci dəfə üfürülüşü) onun ardınca (Allahdan başqa heç kimin bilmədiyi bir fasilə ilə) gələcəkdir (və bütün ölüləri dirildəcəkdir).
Beləliklə, Allah onu əvvəlinci və axırıncı küfrlü sözlərinin cəzası olaraq yaxaladı. Axirətin və dünyanın ibrətamiz əzabına giriftar etdi (Dəstəsi ilə birlikdə suda qərq edilməsi onun dünya əzabı, gecə-gündüz Bərzəx odunda yandırılması isə onun axirət əzabıdır.).
Belə deyildir. (İnsan Allahın əmrlərinə və bu nemətlərin müqabilində itaət və şükr etməmişdir, əslində) o hələ də ona əmr olunanı (tamam – kamal surətdə) yerinə yetirməmişdir.
Aləmlərin Rəbbi olan Allah (yaradılış iradəsi ilə) istəməyincə siz (bu yolu seçməyi) istəyə bilməzsiniz. (Çünki, sizin ixtiyar üzündən olan iradəniz ixtiyari əməlləriniz kimi Allahın iradəsinə bağlıdır.)
O Allah ki, səni yaratdı və bədəninin üzvlərini (hər bir üzvü lazımi hikmətinə uyğun olaraq öz münasib yerində) düzəltdi və nizamladı və (lazımi işi ifa etmək üçün üzvlər arasında uyğunluq və ahəngdarlıq icad etməklə) qaydaya saldı və sahmanladı.
Belə deyildir (siz təkcə Allahın kərəminə qarşı məğrurluq etməklə qalmırsınız) əslində siz «Cəza» gününü təkzib edirsiniz.
Elə bir gündür ki,(o gün) heç kəs başqası üçün bir iş görməyə qadir olmayacaqdır. O gün əmr yalnız Allaha məxsusdur.
2426 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
122 Səhifə