"Ad" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Ad" üzrə 2613 ayə tapıldı.
«(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar.
Onların dediklərinə (nalayiq söz və iftiralarına) səbr et və onlardan gözəl bir tərzdə (səbrlə, sənə cihad əmri verilənə qədər onlarla döyüşmədən) uzaqlaş.
Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qur’andan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qur’andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır.
Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),
Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.
Bəli (bir yerə yığacağıq), hələ bir (üstəlik) onun barmaqlarının ucunu da əvvəldə olduğu kimi sirli xətlərlə düzəltməyə qadirik.
O gün (bütün varlıqların yaradılışın əvvəlindən üz tutduqları) son qərargah yalnız sənin Rəbbinin tərəfinədir (dərəcələrinin müxtəlifliyinə uyğun olaraq Cənnətdə, yaxud Cəhənnəmdə əbədi yerləşərlər).
2613 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
131 Səhifə