"Əl" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "Əl" üzrə 4804 ayə tapıldı.
Həqiqətən, bunda (Bizim tovhidimiz, qüdrətimiz və rəhmətimizə dair) bir əlamət vardır. Amma onların əksəriyyəti (fitrətlərinin çirkinliyi ucbatından) iman gətirməmişlər və (bundan sonra da) iman gətirməyəcəklər.
«Sinəm daralır (sıxılır) və (danışarkən) dilim tutulur. Odur ki, (vəhy mələyini) Haruna göndər (onu mənə köməkçi et)».
(Allah) buyurdu: «Belə deyil. Siz ikiniz də Bizim ayələrimizi aparın. Şübhəsiz, Biz sizinlə birgə (Fironun adamlarının nə dediklərini) eşidəcəyik!».
(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
Beləliklə, Musa öz əsasını atan kimi (əsa), qəfildən açıq-aşkar bir əjdaha oldu. (Onun əjdaha olduğu tam aydın görünürdü).
əlini (qoynunun altından) çıxardanda, o, baxanlara qəflətən (gözqamaşdırıcı) ağappaq və nurlu göründü.
«Əgər sehrbazlar qalib gəlsələr, biz də onlara tabe olaq (Fironun tanrılığına və dininə itaət etməyə davam edərik)».
Onlar öz iplərini və əsalarını yerə atdılar. (Firona və öz düzəltdikləri ilan kimi qıvrılan əşyalara çox güvənərək) dedilər: «Fironun izzətinə (və cəlalına) and olsun ki, mütləq biz qalib gələcəyik».
Belə olduqda Musa (da) öz əsasını atdı. O, onların düzəltdikləri (və nümayiş etdirdikləri) həqiqi olmayan şeyləri qəfildən uddu.
Firon dedi: «Mən sizə izn verməzdən öncəmi ona iman gətirdiniz?! Şübhəsiz ki, o sizə sehr öyrətmiş olan böyüyünüzdür (sizin bu mübarizəniz süni idi). Belə isə tezliklə bilərsiniz! Mütləq sizin əllərinizi və ayaqlarınızı bir-birlərinə çarpaz (birini sağdan və birini soldan) kəsdirib sizi hamılıqla dar ağacından asacağam».
Musaya belə vəhy etdik: «Mənim bəndələrimi gecə vaxtı çıxart, çünki siz təqib ediləcəksiniz (bununla da sizin qurtuluşunuzun və Fironun adamlarının həlakının müqəddiməsi hazırlanacaqdır)».
Firon (İsrail övladlarının qaçmasından xəbərdar olduqdan sonra) şəhərlərə qüvvələr göndərdi (ki, ordu toplasınlar).
(Bizim qüdrət və hikmətimiz) belə idi (belə tələb edirdi) və onların hamısını İsrail övladlarına irs olaraq verdik.
4804 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
241 Səhifə