«Bu, (Allaha və axirətə dəvət) keçmişdə nübuvvət iddiası edənlərin adətindən başqa bir şey deyildir. (Biz onu qəbul etmədik.) (Yaxud bütlərə və ulduzlara ibadət etməyimiz bizim keçmiş ata–babalarımızın adətindən başqa bir şey deyildir və biz bunu qəbul etmişik. Və ya bizim bu yaşayış və ölümümüz bəşərin əzəldən bəri olan yaşayış və ölümündən başqa bir şey deyildir. Odur ki, dirilmək və hesab – kitab adlı bir şey olmayacaqdır)».
Beləliklə onu (Hudu) təkzib etdilər və Biz də onları həlak etdik. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır və onların əksəriyyəti haqqa iman gətirənlərdən deyildilər.
Beləliklə, (vəd olunmuş) əzab onları yaxaladı. Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. nların əksəriyyəti haqqa iman gətirən deyildi.
«Və Rəbbinizin sizin üçün yaratdığı zövcələrinizi tərk edirsiniz?! (Günahınız kiçik deyil). Siz (xilqət və fitrət yolundan, şəriət çərçivəsindən) həddi aşan tayfasınız.»
Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Şübhəsiz bu (Qur’an) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul - Əminin) hafizəsinə nazil olmuşdur).